Möhtəşəm istilik reseptorlarını istifadə edən ağcaqanadlar

Ətrafda bir canlının varlığını anlaya bilmək üçün o canlının istilik yayması ağcaqanadlar üçün kifayətdir. Çünki ağcaqanadlar olduqca həssas istilik reseptorlarına sahibdirlər. Ətraflarındakı hər şeyi istiliklərinə görə fərqli rənglərdə qəbul edərlər. Bu qəbuletmə işığa bağlı olmadığı üçün bir ağcaqanad üçün qaranlıq bir otaqda qan damarlarını seçə bilmək heç də çətin deyil. Ağcaqanadın istilik reseptorları 0.05 C dərəcə qədər kiçiklikdəki istilik fərqliliklərini belə hiss edə biləcək qədər həssasdır.1


İnsan, belə bir qabiliyyətə sahib deyil. Allah bu üstün qabiliyyəti, insandan dəfələrlə kiçik bir ağcaqanada vermiş və bununla istiqamət tapmasını, özünə yemək təmin etməsini və təhlükələrdən qorunmasını təmin etmişdir. Böyüklüyü 1 smi belə olmayan bir canlıda bu üstün qəbuletmə sistemini var edəcək Allahdan başqa heç bir güc yoxdur. Yer üzündə, istiliyə görə hərəkət edə biləcək belə kiçik və qüsursuz bir mexanizm meydana gətirib sonra ona can verə biləcək heç bir iradə yoxdur. Bunun, kor təsadüflərin bir əsəri olaraq öz-özünə inkişaf etmiş olduğunu iddia etmək isə şübhəsiz son dərəcə məntiqsizdir.


Qərəzsiz düşünə bilən məntiqli hər insan, hər hansı bir təsadüfü hadisənin nəinki mükəmməl quruluşdakı kompleks sistemləri meydana gətirmək, əksinə onu məhv edib dağıdacağını bilər. Bu həqiqət açıq-aşkar ortadadır. Ağcaqanadda üstün xüsusiyyətli istilik qəbuletmə sistemini yaradan, hər şeyə şəkil və surət verən, onları hər an idarəsi altında tutub nəzarət edən, aləmlərin Rəbbi olan Uca Allahdır.

 

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allaha küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Nisa surəsi, 131)

 

1.http://www.colostate.edu/Depts/Entomology/courses/en507/papers_1997/roachell.html