İnsan, yalnız bir neçə dəqiqə ərzində üzərində yaşadığı dünyanı və özünə həyat verən şeyləri diqqətli şəkildə düşündüyündə heyrətə düşəcəkdir. Nəhəng boyda qalaktikaları saxlayan bir boşluqda, ucsuz-bucaqsız böyüklükdəki qalaktikalardan birinin içində olan, həyat üçün xüsusi olaraq var edilmiş bir planet üzərində yaşayır. Bu planet, yəni Dünya, ucsuz-bucaqsız boşluğun içində heç dayanmadan dönür, kainatdakı milyardlarla ulduzdan yalnız biri olan Günəş yenə eyni boşluq içində yer üzünə şüalar göndərir, bu şüalar sayəsində Dünya isinir, qida dövranı, su dövranı, azot dövranı reallaşır; insan, heyvan, bitki və mikroorqanizmlərlə birlikdə özünə təmin edilən saysız səbəb vəsiləsiylə yaşaya bilir. Milyonlarla, milyardlarla incəlik bir araya gətirilmiş, ən gözəl və ən qüsursuz şəkli ilə insana təqdim edilmişdir. Bəziləri insanın yaşaması üçün lazım olan ehtiyacları qarşılayarkən, bəziləri də bir gözəllik, bir nemət olaraq ona ikram edilmişdir. Bu incəliklərin hər biri bir sənətdir, bir yaradılış möcüzəsidir. Bəzən bu incəliklər o qədər həyatidir ki, olmadıqları təqdirdə həyat dayanar, Dünya ölü bir planet halını alar. İnsanın isə, bunların çox böyük bir hissəsini nəinki yoxdan var etməyə, bənzərlərini belə yaratmağa gücü çatmaz.

Allah insana həyatı boyunca nemətlər bəxş edər. İnsan, hər an surəti çıxarılan DNT-si, hər an aldığı nəfəs, hər an döyünən ürəyi, hər nəfəsdə tənəffüs etdiyi oksigen, hər an fırlanan Dünya, hər an hərəkət edən atomlar və daha saysız incəlik sayəsində yaşaya bilir. Növbənöv yeməklər, Dünyaya "rəng" gətirən günəş şüaları, fotosintez edən bitkilər, göydən enən su, bitkilərə qida verən mikroorqanizmlər, dənizlər və daha saysız nemət bu dünyada həyatın davamlılığına vəsilə olar. Dünyanın mövqeyi, günəşin, ayın varlığı, bunların dünyaya uzaqlıqları, Samanyolu qalaktikası içindəki yerləri, böyüklükləri, meylləri, orbitləri, ehtiva etdikləri bütün qazlar, molekullar, atomlar, insanın mövcud olmasına uyğun xüsusi şərtlərlə yaradılmışlar. İnsan, yaşaya biləcəyi şəkildə, saysız nemətlərlə birlikdə qüsursuz bir şəkildə yaradıldığını düşünməlidir və bunların hamısı, ona əhəmiyyətli bir həqiqətin xatırladıcılarındandır:

İnsanı yoxdan yaratmış olan Allahdır. Onu və onun ətrafını əhatə edən bütün gözəllikləri, fərqində olduğu və ya olmadığı bütün nemətləri, bu nemətlərin ən kiçiyini və ən böyüyünü davamlı olaraq yaradan və bunların hər birində heyranlıq oyandırıcı incəlikləri var edən Uca Allahdır. Bu, Allahın incəlik sənətidir. Allah, sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ xırda incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər ayrıntının içində Öz Ucalığını və qüdrətini göstərən daha da incə gözəlliklər var etmişdir. Yoxdan var edən, hər şeyi dilədiyi kimi təqdir edən və onları hər an dilədiyi kimi yaratmağa qadir olan Uca Allah üçün şübhəsiz, bu son dərəcə asandır. Allah diləsə, əlbəttə, bunların hamısını aradan qaldırıb yox edə bilər. İnsana düşən vəzifə, özünə qarşılıqsız təqdim edilən bu nemətlərə şükür etmək, Allaha möhtac olduğunu bilmək və yalnız Ona yönəlməkdir.

Bu sayt Allahın ayələrdə bildirdiyi bu əhəmiyyətli həqiqəti xatırlatmaq üçün hazırlanmışdır.

Çiçek bahçesi

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir. Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.

(Hədid surəsi 1-4)