Okeanın dərinliklərində yaşayan bir incəlik: Amfobid

İnsan suda həll olmuş oksigenlə tənəffüs edə bilməz, su altındakı təzyiqlərə dözə bilməz. Su, havadan təxminən 1.300 qat daha ağırdır və dərinlərə enildikcə təzyiq sürətlə yüksələr. Hər on metr dərinlikdə üzərimizə bir atmosferə bərabər təzyiq düşər. Su altında, 150 metr dərinliyə qədər enildiyində damarlar çökə bilər və ciyərlər sıxışaraq təxminən, bir qazlı su qutusunun ölçülərinə enə bilər.


Dünya üzərindəki həyat, insana yalnız quruda yaşamağa imkan verər. Suyun içində isə bizlər üçün həyat mümkün deyil.


İnsan, suyun təzyiqinə qarşı son dərəcə davamsızdır. Amma yer üzündə elə canlılar vardır ki, sahib olduqları xüsusi təchizatlar sayəsində insandan üstün xüsusiyyətlərə sahib olurlar. Məsələn, okeanın ən dərin nöqtəsi olan Sakit okeandakı Mariana çökəkliyi, krevetə bənzər şəffaf, bir növ qabıqlı olan amfobid koloniyalarının yuvasıdır. Bura, okean səthindən təxminən 11,3 kilometr aşağıdadır. Orta hesabla, 4 kilometrlik okean dərinliyində belə şiddətli olan təzyiq, bu fövqəladə dərinlikdə, sement yüklü on dörd yük maşınının ağırlığı altında əzilməklə eynidir.1


Hansı şərtlərdə necə yaşadığını belə bilmədiyimiz bir canlı, bizdən çox daha üstün xüsusiyyətlərə sahib ola bilər və çox daha çətin şərtlər altında həyatını davam etdirə bilər. Bu canlının özü, okeanın onlarla kilometr dərinliklərində yaşadığının və insanın ölümünə səbəb ola biləcək bir təzyiq altında varlığını davam etdirə bildiyinin fərqində belə deyil. Bu canlının, bizim çata bilmədiyimiz dərinliklərdə həyatına davam etməsi, yerin və ya suyun dərinliklərində də olsa, göyün ən yüksəklərində də olsa bütün canlıların, Allahın üstün sənətiylə yaradılmış olduqlarını göstərən dəlillərdən biridir.


İnsan, tək bir nümunəyə baxaraq Allahın böyüklüyünü görə bilər, Onu təqdir edə bilər. Bütün nemətləri, bütün varlıqları, yerdə və göydə olan hər şeyi yaradanın Allah olduğunu anlayıb idrak edə bilər. Bunun üçün sahib olduğu tək bir xüsusiyyət, görüb araşdırdığı tək bir şey üzərində düşünməsi kifayətdir. İnsana düşən, özünə verilmiş dəlilləri mütləq görməsi və Allahın yerdə və göydə olan bütün varlıqlar üzərindəki hakimiyyətini təqdir etməsidir.

 

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

 

1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner nəşrləri, 2003, səh. 209-210