Mükəmməl qoruyucu: Atmosfer

Bir canlının Dünya üzərində yaşaya bilməsi üçün günəşə müəyyən bir uzaqlıq, müəyyən aralıqlarda istilik, karbon, ozon və su dövranı, mikroorqanizmlərin ortaya çıxardığı minerallar, fotosintez, Dünyanın xüsusi meylliyi, cazibə qüvvəsi, atom parçalarını bir yerdə tutan qüvvələr və bunun kimi bir çox əhəmiyyətli təfərrüatlar lazımdır. Yer üzü, bu şərtlərin hamısını bir yerdə tutacaq şəkildə qorunmuşdur. Bu möcüzəvi planeti əhatə edən və bütün bu tarazlıqları qoruyan atmosferi ortadan qaldırsanız, həyat sona çatar.


İnsanların Dünya üzərində yaşamasını təmin edən müəyyən bir istilik və işıq aralığı vardır. Kosmosdakı qovurucu istiliklər, dondurucu soyuqlar, öldürücü şüalar arasından atmosfer bizə yalnız bizi yaşadacaq olan miqdarları çatdırar. Günəşdə meydana gələn tək bir partlayışın ortaya çıxardığı enerji olduqca böyükdür. Tək bir partlayış, Hiroşimaya atılanın bənzəri olan 100 milyard ton atom bombasının gücünə bərabərdir. Bu yandırıcı təsir də atmosfer vasitəsilə dünyaya ən ideal şəkliylə çatır. Əgər yer səthinə, hal-hazırda yer üzünə çatandan bir az daha çox miqdarda qırmızı və ultrabənövşəyi şüa, qamma və mikrodalğalı şüa çatsa, bütün canlılar yox olacaqlar. Yer üzü milyonlarla ildir eyni qorunmuş tavan ilə mühafizə olunur. Milyonlarla ildir, eyni şüalar yer üzünə gəlib çatır və həyata imkan verir. Bir gün atmosfer, öz funksiyasını yerinə yetirə bilməsə, Dünya üçün, onun yerini əvəz edəcək başqa bir qoruyucu tavan meydana gətirmək mümkündürmü? İnsanı, sürətlə özünə çatan öldürücü şüalardan və qovurucu istidən qoruyacaq bir üsul vardırmı? Şübhəsiz, belə bir şeyə nə insanın gücü çata bilər, nə də buna güc çatdıra biləcək bir texnologiya vardır. Belə bir vəziyyət qarşısında, təsadüflər nəticəsində yeni bir atmosfer meydana gəlməsini gözləmək məntiqlidirmi?


Əlbəttə, bu son dərəcə məntiqsizdir. Bu qüsursuz əsərin təsadüflərlə meydana gəlməsinə ağıl və iradə sahibi olan heç bir insan, əlbəttə, ehtimal verməyəcəkdir. Qaldı ki, belə bir gözləmə müddəti də olmayacaq, həyat daha ilk anda sona çatacaq. Atmosferin bu mükəmməl quruluşu, hər an, hər hadisədə böyüklüyünü göstərən, qüvvət sahibi olan Uca Allahın möhtəşəm bir sənətidir.

1. Ekzosfer
2. Termosfer
3. Ozon təbəqəsi Günəşdən gələn ultrabənövşəyi şüaları udur.
4. Mezosfer
5. Stratosfer
6. Troposfer
7. Günəş şüalarının 7%-i atmosfer tərəfindən geri əks edilir.
8. Günəş şüalarının 24%-i buludlar tərəfindən geri əks edilir.
9. Günəş şüalarının 4%-i okeanlar və quru tərəfindən geri əks edilir.
10. Kosmosdan gələn solar şüamı
11. Günəş şüalarının 14%-i atmosfer tərəfindən udulur.
12. Əmilən istiliyin bir qismi atmosfer tərəfindən təkrar yayılır.
13. Günəş şüalarının 51%-i yer üzü tərəfindən sorulur.
14. Əmilən istiliyin bir qismi buludlar tərəfindən təkrar yayılır.

 

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. (Ənbiya surəsi 31, 32)