Bütün varlıqların quruluş daşı olan möcüzəvi bir incəlik: Atom

Atomlar, bir canlı öldüyündə dağılar və başqa bir şeyin parçası olarlar. Artıq bir ağacı, bir bakteriyanı və ya bir yağış damlasını meydana gətirmək üçün bir-birlərindən ayrılmışlar. Hər şeyin ən fundamental quruluş daşını meydana gətirən atomlar, olduqca kiçikdirlər. Yarım milyon atom üst-üstə gəlsə, ancaq təkcə bir tükün arxasına saxlana bilərlər. Buna əsasən, tək bir atomun böyüklüyünü xəyal edə bilmək demək olar ki, qeyri-mümkündür. Bunu anlaya bilmək üçün belə bir müqayisə edə bilərik:


Millimetr, bu uzunluqda bir xətdir: "-". Bu xəttin min bərabər parçaya bölündüyünü xəyal edək. Bu parçalardan hər biri bir mikrondur. Mikroorqanizmlər məhz bu böyüklükdədirlər. Tipik bir infuzor tərlik təxminən 2 mikron böyüklüyündədir. Yəni, həqiqətən, çox kiçikdir. Bir damla su içində bu canlını görmək istəsəniz damlanı böyüdərək diametrini, təxminən, 12 metr artırmaq məcburiyyətində qalarsınız. Amma eyni damladakı atomları görmək istədiyiniz təqdirdə damlanın diametrini 24 km-ə artırmanız lazımdır. Başqa sözlə atomlar, tam fərqli bir kiçiklik ölçüsündə olar. Atomların ölçüsünə enə bilmək üçün bu mikron dilimlərindən hər birini alıb qırparaq çox daha incə on min dilimə ayırmanız lazımdır. Atomun ölçüsü məhz budur: Bir mm-in on milyonda biri. Bu böyüklüyü də anlaya bilmək üçün bu müqayisəni edə bilərik: Bir atomun bir millimetrlik xəttə nisbəti, bir parça kağızın "qalınlığının" Amerikanın ən yüksək binalarından Empire Statenin yüksəkliyinə olan nisbətiylə birdir.1


Mövcud olan hər şeyi, Allahın diləməsiylə, bu möhtəşəm kiçiklikdəki atomlar meydana gətirər. Bu fövqəladə kiçiklikdəki quruluş daşının isə 99.9999%-i boşluqdur. Atomların bir araya gəlib molekullar meydana gətirmələri üçün tək səbəb, 99.9999% boşluq xaricində qalan kütlə içində olduqca kiçik bir yer əhatə edən elektronlardır. Kainatın, günəşlərin, aslanların, dovşanların, dağların, göydələnlərin, təyyarələrin, insanın və digər hər şeyin meydana gəlmə səbəbi sadəcə budur.  


Laboratoriyalarda öz hüceyrələrini, öz atomlarını araşdıran təkamülçü elm adamları üçün tək bir atomu meydana gətirə bilmə imkanı vardırmı? Əlbəttə, ola bilməz. Elm adamları hələ atomaltı parçaların incəliklərini kəşf etməkdən uzaqdırlar. Bu vəziyyətdə, təxminən hamısı boşluq olan bir millimetrin on milyonda biri böyüklüyündəki parçalardan milyardlarla kilometrlik qalaktikalar yaradan Allahın Uca qüdrəti və yaratma sənəti ağlını istifadə edən hər insan üçün açıqdır.


Uca Allah, varlıqları "Ol" əmri ilə var edən, onlara möcüzəvi incəlikləri səbəb edəndir. Atomun səbəb qılındığı hər varlıq, yəni bu kainatdakı hər şey, bu xüsusi yaradılışa ən böyük dəlillərdəndir.

 

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: "Ol!" - dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 73)



1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh.120