Atomdakı heyranlıq oyandıran incəlik

Atom, nüvəsində bir-biri ilə yapışıq haldakı proton və neytronlar ilə nüvənin ətrafında sürətlə dönən elektronlardan meydana gəlir. Nüvə, neytronun yüksüz olması və protonun müsbət yüklü olması səbəbiylə müsbət yüklüdür. Elektron isə, protonun daşıdığı müsbət yük nisbətində mənfi yük daşıyır.


Əgər proton və elektronun elektrik yükləri bərabər olmasaydı kainatdakı bütün atomlar, protondakı çoxlu müsbət elektrik səbəbiylə, müsbət yüklü hala gələcək və bir-birlərini itələyəcəkdilər. Bunun nəticəsində isə insanlar da daxil olmaq üzrə yer üzündəki hər şey, bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda saysız parçaya ayrılıb yox olacaqdı.


İnsan sakit həyatı boyunca, nə bir-birini çəkməkdə olan atomaltı parçacıqlarının, nə nüvə ətrafında sürətlə dönən elektronların, nə də bunların içindəki həssas tarazlıq və güclərin fərqindədir. Bir atomun, ayrılan ən kiçik parçasında belə elə nəfəs kəsici təfərrüatlar vardır ki, bütün bunları insandan, insanın bildiyi hər cür dünyəvi gücdən çox daha böyük bir gücün, mütləq iradə sahibi olan Allahın var edib yaratdığı açıqdır.


İnsan, olduqca həssas və incəliklərlə dolu bir sistemin içində yaşamasına baxmayaraq, heç bir zaman çətinlik və narahatlıq içində deyil, çünki bu həssas sistem qüsursuz şəkildə yaradılmışdır. Buna baxmayaraq, insanların əksəriyyəti sahib olduğu bu nemətlərin fərqində deyil. Əgər bu nemətlərdən biri əlindən alınsa, insan o zaman nə qədər aciz olduğunu və o günə qədər böyük bir rəhmətlə əhatə edildiyini anlaya bilər. Ancaq imtahan olaraq yaradılan dünya həyatında əhəmiyyətli olan, insanın nemət və rəhmət içindəykən şüküredici olması, Allaha yönəlməsidir. Bu dünya həyatının yaradılma məqsədlərindən biri, hansı insanların nemətləri haqqıyla təqdir edə biləcəyini, hansılarının qəflət içində nankorluq edəcəyini təyin etmək üçündür. Ağlını istifadə edən və iman edən bir insan, bütün bu nemətləri Uca Allahın xaricində bir gücün verə bilməyəcəyini bilməsi və bunu davamlı olaraq təfəkkür etməsi lazımdır.

 

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)