Bakteriyaların sahib olduğu üstün incəliklər

Bakteriyalar olmadan yer üzündə həyatın davam etməsi mümkün deyil. Torpağa atıb, çürüyüb-parçalanacağından əmin olduğumuz bütün tullantılar, bakteriyaların fəaliyyətləri nəticəsində yox olarlar. Onlar, yer üzündəki bütün tullantı maddələri işlənə bilən və yenidən istifadə edilə bilən hala gətirirlər. Ölü bir maddə, onların vəsiləsiylə çürüyər. Bakteriyalar, bu maddənin hər parçasını kiçik minerallara ayırar və bunların qida olaraq canlılara təqdim edilməsini təmin edərlər. Suyumuzu onlar təmizləyər, torpaqlarımızın səmərəsini onlar artırarlar. Bədənimizdə də əhəmiyyətli işlər bakteriyalar tərəfindən reallaşdırılar. Bakteriyalar, bağırsaqlarımızdakı vitaminləri sintez edər, yediklərimizi faydalı şəkərlərə və polisaxaritlərə (bir karbonhidrat qrupuna) çevirərlər. Yeməklərlə aldığımız xarici mikroblara qarşı mübarizəni də həyata keçirərlər.


Yer üzü üçün böyük əhəmiyyətə sahib azot dövranı, tamamilə bakteriyalardan asılıdır. Bakteriyalar havadan nitrogeni (azot) alar və onu elementlərimiz olan nükleotidlərə və amin turşularına çevirərlər. Bu, yer üzündə, insan da daxil olmaqla, başqa heç bir canlının reallaşdıra bilməyəcəyi həqiqi mənada heyranlıq oyandıran bir prosesdir. Bakteriyalar, sənaye üsulları ilə 5000C-də və 300 misli qədər təzyiq altında reallaşdıran bir prosesi, saniyələr içində problemsiz olaraq yerinə yetirirlər.


Bunlardan ən əhəmiyyətlisi, bakteriyalar bizə tənəffüs etdiyimiz oksigeni çatdırarlar. Yer kürəsinin tənəffüs edilə bilən oksigeninin böyük bir qismi fotosintez üsulu ilə mikroorqanizmlər tərəfindən təmin edilir. Göy-yaşıl yosunlar, yosunlar və dənizləri dolduran digər kiçik orqanizmlər havaya hər il təxminən 150 milyard kq oksigen buraxarlar.1


Dünyada həyatın varlığına vəsilə olan saysız səbəbdən yalnız biri olan bakteriyalar, Darvinin təkamül nəzəriyyəsini tamamilə ortadan qaldırmışdır. Darvin bu canlıların primitiv olduqlarını fərz etmiş və bütün nəzəriyyəsini bu fərziyyə üzərində şəkilləndirmişdir. Ancaq 21-ci əsrin elmi bu canlıların heç də primitiv olmadıqlarını açıqca ortaya qoymuşdur. Sahib olduqları xüsusiyyətlər və reallaşdırdıqları möcüzələr, təsadüflərlə əsla meydana gələ bilməyəcək mükəmməl varlıqlar olduqlarını göstərər. Bir bakteriya, öz-özünə meydana gələ bilməyəcək, öz-özünə bəhsi keçən qabiliyyətləri əldə edə bilməyəcək qədər kompleksdir və təkamül nəzəriyyəsi tək bir bakteriyanın guya təsadüfən ortaya çıxışını heç bir şəkildə açıqlaya bilmir.


Bütün bunlar, müdhiş komplekslikləri, mükəmməl strukturları, qüsursuz prosesləri reallaşdırma qabiliyyətini bir yerdə yaradıb yer üzünün hər yanında var edən Allahın sənətinin təcəlliləridir. Bu nümunə ilə Allah, "ən sadə" adlandırılan ən kiçik tək hüceyrəli canlının belə nə dərəcə kompleks və üstün xüsusiyyətlərə sahib ola biləcəyinin dəlillərini təqdim etmişdir. Allah, insana, tək hüceyrəli bir canlıya möhtac olaraq yaşadığını xatırlatmışdır. Bundan öyüd alanlar, Allahın razılığı və cənnəti üçün çalışanlar və Allahı gərəyi kimi təqdir edənlər olacaqdır. Çünki Allah, yerdə və göydə olanları boşuna yaratmamış, onlarda, hər insanın öyüd alıb Allaha yönəlməsi üçün dəlillər yaratmışdır.

 

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

 

1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh. 264