Bal arılarındakı üstün qabiliyyət və memarlıq möcüzəsi pətəklər

Tam olaraq 109 dərəcə 28 dəqiqəlik bir-birinə bitişik altıbucaqlı düzəltmək lazım olduğunda, bu fiqurları bildirilən bucaqda, qüsursuz olaraq edə bilmək üçün müxtəlif bucaq ölçənlərə və düzlüyü təmin edə bilmək üçün cədvəllərə ehtiyac vardır. Bir insan üçün bu şəkilləri çəkərkən arada səhv etmə ehtimalı çox böyükdür. Ayrıca, müxtəlif düzəltmələr etmək, lazım olsa bəzi altıbucaqlıları əvvəldən çəkmək və buna böyük ehtimalla olduqca uzun bir vaxt ayırmaq lazım olacaq. Təəccüblü olan, insan, ağıllı və şüurlu bir varlıq olaraq bütün bunlarla məşğul olarkən, eyni işi bal arılarının heç bir bucaq ölçmədən və ya cədvəl istifadə etmədən səhvsiz və aralıqsız şəkildə reallaşdırmalarıdır. Bal arıları, dünyanın hər yerində bu qüsursuz bucağı istifadə edərək pətəklər düzəldərlər. Şan ətrafında yüzlərlə arı olmasına baxmayaraq bunların tək birinin belə səhv etməsi mümkün deyil. Bu canlılar, pətəklərini inşa edərkən tam olaraq 109 dərəcə 28 dəqiqə və 70 dərəcə 32 dəqiqəlik iki bucaq istifadə edərlər. Hesabda ən kiçik bir əyrilik olmaz. Pətəklərin uclarını isə 13 dərəcə yüksəldərək inşa edərlər. Bu əhəmiyyətlidir, çünki bu meyillilik sayəsində bal pətəkdən çölə axmaz.


Bir pətəyin yaxınlarında dayansanız oradan-oraya uçuşan arılardan başqa bir şey görməzsiniz. Halbuki, uçan hər arı, daşıdığı bal mumunu hansı bucaqla pətəyin harasına yapışdırması lazım olduğunu bilən üstün bir riyaziyyatçıdır. Bir arının belə bir usta və qabiliyyətli olması mümkündürmü? Bir arı, insandan daha yaxşı hesablama qabiliyyətinə sahibdirmi? Əlbəttə, arı nə riyaziyyat elminə, nə də üstün qabiliyyətlərə malikdir. Yaxşı, bu qüsursuz pətəyi meydana gətirməyi təsadüfənmi öyrənmişdir? Milyonlarla ildir, hər bal arısı, təsadüfən bu qabiliyyətlə doğulmuş ola bilərmi? Şübhəsiz, insanın sahib olmadığı bu qabiliyyətə, bir arının təsadüfən sahib olması mümkün deyil. Bu canlıları üstün xüsusiyyətləri ilə birlikdə meydana gətirən, canlılara Öz fəzlindən elm verən, sonsuz qüdrət və güc sahibi Uca Allahdır.

 

Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)