Möcüzəvi şəkildə yenilənən bədən

İnsan heç bir yeni gündə, əvvəlki bədəninin eynisinə sahib deyil. Bədəndəki hüceyrələrin bir qismi yenilənmişdir. İnsanın "mənim bədənim" deyərək sahibləndiyi bədənini meydana gətirən hüceyrələrin bir qismi ölmüşdür. "Mənim" deyən şey ruhdur, bədənin özü dəyişir. Bu elmi bir həqiqətdir. İnsan bədənini meydana gətirən toxumalar davamlı olaraq yenilənər. Bunu təmin etmək üçün bədəndə hər dəqiqə 200 milyon hüceyrə doğular və ölmüş hüceyrələrlə yer dəyişdirər. Bu mükəmməl hadisənin nəzarəti isə, Allahın diləməsiylə, troksin deyilən tək bir hormona verilmişdir.


Troksin hormonu bədənə nəzarət edər, ömrünü tamamlayan hüceyrələri təyin edər və buna görə yeni birinin istehsal edilməsi əmrini əlaqədar bölmələrə çatdırar. Bədənin yenilənməsi əslində bu hormonun fəaliyyətinə bağlıdır. Əgər troksin hormonu, azalan hüceyrələrin sayını hesablaya bilməsə və ehtiyacdan daha çox və ya daha az istehsal etsə, bədəndə olduqca qarışıq bir vəziyyət meydana gələr. Hüceyrələr lazımi miqdarda yenilənmədiyi üçün xarici görünüşdə yaşlanma meydana gələrkən, orqanlar funksiyasını edə bilməyəcək hala gələcək. Çox istehsal nəticəsində isə, idarəsiz böyüyən orqanlar və yaranan şişlər, qısa müddətdə ölümə səbəb ola bilər. Belə təhlükəli riskləri olan bir istehsalın, təkamülçülərin iddia etdiyi kimi guya şüursuz şəkildə hərəkət edən və təsadüfən funksiya yerinə yetirən tək bir hormonun idarəsində olması məntiqlidirmi? Yenə təkamülçülərin iddia etdiyi kimi təsadüfən meydana gəlmiş (bu qeyri-mümkündür) və tamamilə şüursuz hərəkət edən tək bir hormonun bədəndə nə qədər hüceyrənin ölmüş olduğunu hesablaya bilməsi, meydana gələn əskikliyə uyğun olaraq yeni bir istehsal etməsi mümkündürmü?


Bir hormonun təsadüfən meydana gələrək və öz-özünə qərarlar verərək bədəndəki bir istehsalı istiqamətləndirməsi əlbəttə, mümkün deyil. İnsan, bədənindəki mükəmməl tarazlığın, təsadüfən meydana gəlmiş, təsadüfi hərəkət edən tək bir hormona aid olduğunu zənn etsə, həyatını böyük narahatlıqlarla keçirmək məcburiyyətində qalar. (Onsuz da təsadüfən bir hormonun meydana gələ bilməsi də, təsadüfü müdaxilələrlə bir insan bədəninin canlı qala bilməsi də mümkün deyil. Darvinin qarşıya qoyduğu təsadüfi mərhələlər, tək bir bakteriya hüceyrəsinin tək bir zülalının meydana gəlməsini belə açıqlaya bilmir.) Bir insan bədənində, tək bir təsadüfi hadisəyə belə icazə verməyəcək qədər kompleks və təfərrüatlı sistemlər vardır. Bütün bu sistemlərin Yaradıcısı, onları hər an idarəsi altında tutan, yerdə və göydə hər şeyin hakimi olan Allahdır.

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)