Qüsursuz bir xəbərləşmə şəbəkəsi: Beyin

Bir yerə baxdığımızda, bir şey düşündüyümüzdə və ya bir qoxu hiss etdiyimizdə, beynimizdə bir hərəkətlənmə başlayar. Əlaqədar sinirlər bir elektrik cərəyanı vəsiləsiylə gələn mesajları şərh edər. Bir stəkana baxdığımızda, onun stəkan olduğunu anlamağımızın səbəbi beyindəki sinirlərin onu "stəkan" olaraq şərh etməsidir.


Bir şeyi düşünüyümüz əsnada beynimizdə olanlar sinirlərin bir-biriləriylə koordinasiya qurmaları və bir-birlərinin üzərindən elektrik cərəyanlarını keçirmələridir. Qarşımızdakı stəkanın görünüşünün beynimizdə meydana gəldiyini zənn edərik. Halbuki, stəkandan gələn görünüş beynimizə yalnız bir elektrik siqnalı şəklində çatmışdır və zülmət qaranlıq beyində stəkanın görünüşündən ən kiçik bir iz yoxdur. Düşünməyimiz, iyləməyimiz, görməyimiz, qısacası xarici dünyanı qəbul etməyimiz üçün verilmiş olan səbəblər, sinir hüceyrələri arasındakı əməliyyatlardır. Bu həqiqət qarşısında, 10 milyard sinir hüceyrəsinin beyinin içində diqqətlə yerləşdirilmiş olması və bizimlə əlaqədar hər şeyin idarəsinə vəsilə olmaları, həmçinin, bizlərə rəngli bir dünya təqdim etmələri, əlbəttə, böyük bir möcüzədir. Bu böyük möcüzənin sahibi Uca Allahdır. Şübhəsiz, insan heç bir şey deyilkən onu yoxdan yaradan Allah üçün bütün bu səbəbləri yaratmaq çox asandır.


Beyinin sahib olduğu sistem, hələ başa düşülməyə çalışılan əhəmiyyətli bir sirdir. Hələ insan bunu anlamağa güc çatdıra bilməmişkən və sistemin məcmusu üstün bir yaradılışı isbat etməkdə ikən, kor təsadüflərin bir yaradıcı gücü olduğuna ehtimal vermək böyük bir cəhalətdir. Allah, rəhməti ilə, yaratdığı varlıqları vəsilə edərək insanlara Öz Ucalığını və üstün yaratma sənətini davamlı olaraq xatırladır. Bütün bunları görüb anlaya bilən iman sahibləri, dünyada da, axirətdə də qurtuluşa çatanlardır.

 

Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Rəhman  surəsi, 30)