Yaradılışın dəlillərindən biri olan ən böyük partlayış: Big Bang

Dünya üzərində həyatın mövcud olması üçün lazımlı olan ünsürlərin tarazlığının pozulması olduqca çətindir. Qəflətən karbonmonoksid tənəffüs etməyə başlamaz, cazibə qüvvəsinin azalması ilə oturduğunuz stuldan havalanıb kosmos boşluğuna doğru hərəkət etməzsiniz. Günəşdən gələn işıq qəflətən gözlərinə və dərinizə zərər verməz, və ya həddindən artıq oksigen ciyərlərinizi yandıracaq bir səviyyəyə heç bir zaman çatmaz.


Bunu təmin edən səbəblər, əlbəttə, çoxdur. Maraqlı olan, bütün bu səbəblərin kainatın bütün maddəsini içində saxlayan sıfır həcmə sahib tək bir nöqtənin partlaması ilə ortaya çıxmış olduğu həqiqətidir. Bu Böyük Partlayışdır (Big Bang) və hal-hazırda kosmosda olan bütün tarazlıqlar bu partlayış ilə yerlərini tapmışdır.1


Kainatdakı həssas nisbəti sabit saxlaya bilmək üçün bir araya gəlmiş bir çox səbəb vardır. Məsələn, Böyük Partlayışın (Big Bang) ardınca reallaşan genişlənmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə (1/1018) belə fərqli olsaydı, kainat yarana bilməzdi. Əgər kainat bir az belə daha yavaş genişlənsə cazibə qüvvəsi səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişlənsə kosmik material tamamilə dağılıb gedəcəkdi. Əgər partlayış sürətinin müəyyən bir nizama çatdığı zamanda, bu sürət üzərində bəhs etdiyimiz 1/1018-lik fərq meydana gəlsəydi, bu nisbət bəhs olunan tarazlığı yox etməyə kifayət edəcəkdi.


Saydığımız bu kiçik fərqliliklərdən yalnız birini belə baş versə, bütün kainat tamamilə yox olacaqdı.


Ətrafınıza bir baxın. Hər şey fövqəladə bir sabitlik, nizam və mükəmməllikdədir. Çünki yer üzündə mövcud olan heç bir şey təsadüfi deyil. Heç bir şey nəzarətsiz və şüursuz inkişaf etmir. Hər şey, qüsursuz və mükəmməl bir nisbətə və fövqəladə həssaslıqdakı tarazlıqlara bağlıdır. Çünki bütün bunların sahibi, tək bir partlayışı səbəb edərək qüsursuz bir sənət və möcüzə yaradan, böyüklük və kərəm sahibi olan Uca Allahdır.

 

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh. 216-217