Bitkilərdəki həssas rəqəmlər

Dünyada 500 000-dən çox bitki növü var.

Angiospermae, çiçəkli bitkilərə verilən addır. 230 000 növə sahib olmaqla, yer üzündə ən geniş yayılmış bitkidir.

Ağaclardakı daşıma sistemi sayəsində su, mamut ağacında olduğu kimi, 120 metr hündürlüyə belə çıxa bilər.

Yetkin bir ağcaqayın, qızmar bir yay günündə, hər saatda təxminən 265 litr su itirər. Bitkilərdə olan qüsursuz kök sistemi sayəsində, buxarlanan suyun hər damcısı dərhal yenilənir.

Ağaclar, 1000 kvadrat metrlik meşə sahəsində 7,5 ton suyu rahatlıqla buxarlandıra bilərlər.

Bitkilər, torpaq məhlulunda olan çox saydakı qeyri-üzvi ion arasından yalnız ehtiyacları olan 13 qeyri-üzvi ionu alarlar. Bitkilər ehtiyacları olan bütün mineralları torpaqdan alarlar. Bu maddələr torpaqda saf halda olmadığı üçün, bitki bunları ion halında udar.

Braziliyada bitən Hura ağacı, quruyub toxumlarını yayma vaxtı gəlib çatanda, toxumlarını təxminən 12 metr məsafəyə tullaya bilir.

Bəzi bitkilər, toxumlarını su vasitəsilə yayar. 80 gün müddətində suda qala bilən və bu müddət ərzində heç zərər görməyən, cücərməyən toxumlar var.

Bir ildə atmosferə buraxılan karbon qazı miqdarı 147 milyard tondur. Yaşıl bitkilər tərəfindən təmizləmə məqsədiylə atmosferdən alınan karbon qazı miqdarı da 129 milyard tona çatır. Qurudakı karbon-oksigen dövranında nəzərə çarpan 18 milyard tonluq bu kəsir, okeanlarda gedən karbon-oksigen dövranıyla müəyyən ölçüdə azaldıla bilir.

Bir yaşayış sahəsindən 2 km. uzaqlıqdakı meşə havasında, yaşayış sahəsinin havasına nisbətən 70% nisbətində daha az toz zərrəciklərinin olduğu müşahidə olunmuşdur. Hətta ağaclar, yarpaqsız olduqları qış aylarında belə havadakı toz zərrəciklərini 60% nisbətində süzərlər.

Bir yarpağın 1 mm2 səthində 50-700 qədər məsamə (stoma) ola bilir. Bütün yarpaqda isə milyonlarla məsamə ola bilir. Məsələn, günəbaxanın tək bir yarpağında 13 milyon stomanın olduğu hesablanmışdır.

Normal cücərmə göstəricisi 20% olan turp toxumları, uzun müddət müəyyən tezlikdəki səsə məruz qaldıqlarında, cücərmə göstəricilərinin 80-90% artdığı müşahidə olunmuşdur. Tədqiqatçılar bitkinin böyüməsinə nəzarət edən "qiberellin turşusu" adlı hormonun, "eşitmə" vəzifəsindən də məsul olduqlarını düşünürlər.

Bir yarpağın ortasındakı 1 mm2 səthdə 500 000 xlorofil var. Xlorofil, havadakı karbonu əldə etdiyi hidrogenlə birləşdirmə vəzifəsini, saniyənin 10 milyonda bir hissəsi qədər qısa bir müddətdə yerinə yetirər.

Bir fincan qəhvədə 1000-dən çox kimyəvi maddə var. Heç birinin özünəməxsus bir dadı yoxdur, ancaq hər biri qəhvə tozunun bir hissəsidir.