Qüsursuz təmizləmə sistemi: Böyrəklər

Yalnız 10 sm böyüklüyündə bir maşın icad etmək və bunun içinə qan, su və digər mayeləri tam olaraq təmizləyə biləcək bir sistem qurmaq olduqca çətindir. Təmizləmə işi üçün bir təsis lazımdır. Təxminən, 10 sm-lik bir sahə içində bunu bacarmaq isə həm əməliyyatın reallaşması, həm də nəticələri baxımından kafi olmaya bilər. Su və ya digər mayelərin təmizlənməsi bəlkə də, bacarıla bilər, amma insan üçün lazımlı olan təmiz qanın təmin edilməsi, belə kiçik bir cihazla hələ bacarılmamışdır.


Amma bu bir həqiqətdir ki, dünyadakı insanların hamısı, əslində bu xüsusi təmizləmə sisteminin mükəmməl bir nümunəsinə sahibdirlər. İnsanın sahib olduğu böyrəklər, təxminən 10 sm böyüklüyündə, 100 qram ağırlığındadır. Bədəniniz, təxminən 1 milyondan çox mikro təmizləmə təsisini bu 10 sm içində saxlayır. Sizə həyat verib hər şeyi daşıyan qan, bu mikro təmizləmə təsislərində davamlı olaraq təmizlənər. Bütün hüceyrə və toxumalarınıza çatan suyun da sıxlığını nizamlayar. Böyrəklər, toxumalarınızda olan maye miqdarını və bu mayenin sıxlığını bilər, bədəndə lazımlı tənzimləmələri edər və Allahın diləməsiylə həyatınızı problemsiz davam etdirmənizə vəsilə olarlar.


Böyrəklər vəzifəsini yerinə yetirmədiyində isə necə bir vəziyyət baş verəcəyini hər kəs az-çox bilər. Nəhəng maşınlarla həftədə bir neçə dəfə reallaşdırılan diyaliz əməliyyatı yeni bir böyrək nəql edilənə qədər xəstə üçün ağır bir həldir. Cihazın qeyri-kafi qaldığı anda isə ölüm reallaşar. Bu fövqəladə təmizləmə təsisinin əhəmiyyətini və möcüzəvi istiqamətini görə bilmək üçün şübhəsiz bu nümunə kifayətdir. Bu mükəmməl orqan hələ təqlid belə edilə bilməmişkən, təkamülçülər tərəfindən bunun təsadüflərlə ortaya çıxdığının qarşıya qoyulması şübhəsiz son dərəcə məntiqsiz və dəlilsiz bir iddiadır.


Bu sistem, şübhəsiz, fövqəladədir və təsadüfən meydana gələ bilməyəcək qədər çox incəlik və qüsursuzluq ehtiva edər. Çünki bu sistem, insanı qüsursuz bir mükəmməllik içində yaradan Allahın sənətini təmsil edər. Bir insanın Allahın böyüklüyünü görüb iman edə bilməsi üçün sahib olduğumuz bu orqan başlı-başına kifayətdir.

 

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)