Bütün canlılarda Allahın üstün sənəti hakimdir

Tənəffüs prosesi, insanda bir refleks olaraq həyata keçər. Bəzi canlıların isə refleks olaraq nəfəs almağa ehtiyacları yoxdur. Məsələn, delfinlər üçün bu, şüurlu bir hərəkətdir. Bizim yeriməyə qərar verdiyimiz kimi, onlar da nəfəs almağa qərar verərlər. Nəfəs almaq üçün səthə çıxdıqlarında ciyərlərinin 80-90%-ini hava ilə doldurarlar. Bu miqdar, uzun müddət ehtiyaclarını qarşılayır. Yatarkən havaya ehtiyac duymaları isə onlar üçün bir problem deyil. Delfinlər, beyinlərinin sağ və sol yarımkürələrini 15 dəqiqəlik periodlar olaraq alternativ istifadə edərlər. Yarımkürələrdən biri yatarkən, səthə çıxıb hava ala bilmək üçün beyinlərinin digər yarımkürəsi vəzifə başındadır.


İnsan yer üzündə kompleks xüsusiyyətlərə sahib tək canlı deyil. Araşdırdığınız hər yer, göydə uçan və ya dənizin dərinliklərində yaşayan, bir-birindən kompleks və fərqli canlılarla doludur. Bunların, bizlərdən və bir-birlərindən fərqli yaradılmaları, fərqli aləmlərdə, fərqli gözəlliklər və əsərlər yaradan Allahın hikmətidir. İnsan, bir canlını suda nəfəs ala bilmə qabiliyyəti ilə təchiz edə bilməz, havanı ciyərlərinə müəyyən bir nisbətdə almasını təmin edə bilməz. Gecə yatarkən ona beyin yarımkürələrini nəzarət etmə qabiliyyətini verə bilməz. Yatarkən ölməməsi üçün istifadə etməsi lazım olan sistemi ona öyrədə bilməz. Yer üzündəki heç bir canlıya, yaşadığı mühitə ən uyğun həyat imkanlarını və xüsusiyyətlərini verə bilməz. İnsan bunu, özü üçün belə edə bilməz.


Şüurlu bir varlıq olaraq insanın reallaşdıra bilmədiklərini isə şüursuz təsadüflərin reallaşdırması şübhəsiz qeyri-mümkündür. Təsadüfləri ilahlaşdıran, bütün varlıqların təsadüfi meydana gəldiyini müdafiə edən təkamül nəzəriyyəsi, hər keçən gün ortaya çıxan kompleks strukturlar qarşısında tamamilə çökməyə məhkum bir nəzəriyyədir.
İnsana və yer üzündəki bütün varlıqlara can verən, hər birinə yaşamaları üçün müxtəlif imkanları nemət olaraq təqdim edən və bunun üçün müxtəlif təchizatlar var edən Uca Allahdır. Bu nemətlərlə davamlı qarşılaşan insanın etməli olduğu şey isə, Rəbbimizin üzərimizdəki rəhmətini və nemətini düşünüb Ona yönəlməkdir.

Çiçek bahçesi

 

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)