Buzun altında həyata imkan verən üstün incəlik

Suyun niyə şəffaf rəngdə olduğu, qumun necə də şəffaf bir şüşə halına gəlib həyatımızın ən əhəmiyyətli parçalarından birini meydana gətirdiyi və ya nəhəng bir gəminin hansı səbəblə suya batmadan okeanlar üzərində seyr etdiyi, bəlkə də üzərində çox da düşünülməyən mövzulardır. Bütün bunlara həyat boyunca elə alışılmışdır ki, qum yüksək istilikdə şüşə halına çevrilməsə, həyatın necə bir hal alacağı bəlkə də kimsənin ağlına gəlməmişdir. Halbuki, həyatdakı böyük əhəmiyyətə sahib bir çox incəlik üzərində bir az düşünmək, hər birinin bənzər və bəzən də həyati təfərrüatlarla təchiz edildiyini göstərəcək.


Bu incəliklərdən biri də sudur. Bir stəkan su sıfır dərəcədən aşağı bir dərəcədə gözlədildiyində buz halına gələcəkdir. Suyun buz halına çevrilməsi, həyatımızdakı təbii hadisələrdən biridir. Ancaq suyun buz halına gəlməsinin ardındakı incəliklər, bilinən fizika qanunlarının xaricindədir. Allahın xüsusi bir məqsəd üzrə yaratdığı sudakı xüsusi incəliklər, Dünya üzərindəki həyatın səbəblərindən birini meydana gətirər.


Bilinən bütün maddələr istilikləri düşdükcə büzüşərlər. Bunlara mayelər də daxildir. Mayelər, büzüşüb həcm itirdiklərində sıxlıqları artar və beləcə mayenin soyuq olan qisimləri daha ağır hala gələr. Buna görə maddənin bərk halı, maye halına görə daim daha ağırdır. Buna bir poladın maye və bərk hallarını nümunə olaraq verə bilərik. Amma su bilinən bütün mayelərin əksinə müəyyən bir istiliyə (+4°C-yə) düşənə qədər büzüşər, amma sonra birdən-birə genləşməyə başlayar. Donduğunda isə daha da genləşər. Bu səbəblə, suyun bərk halı, maye halından daha yüngüldür. Yəni buz, əslində "normal" fizika qaydalarına görə suyun dibinə batması lazımkən, su üstündə üzər. Məhz bu səbəblə bəzən dəniz və göl səthlərinin alt qismi, canlı həyatın yaşamasına imkan verən +4 dərəcəlik sularla əhatəlidir. Əgər bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, dünya üzərindəki suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə həyat qalmayacaq, ekoloji tarazlıq tamamilə pozulacaq və bu vəziyyət zamanla bütün canlılığın sona çatmasına səbəb olacaq.


Suya xüsusi olaraq verilmiş bu üstünlük, insana nemət olaraq təqdim edilmiş əhəmiyyətli bir incəlikdir. Ona belə bir fərqlilik verilmiş olması və bununla verilən mesajı anlaya bilmək, insanı, Allahın yaratdığı nemətlərə qarşı daha həssas hala gətirmək üçün çox əhəmiyyətlidir. Əlbəttə, fizika qanunlarının hər biri də Allahın yaratdığı səbəblərdir. Ancaq, şübhəsiz, Allah diləsə səbəbsiz yaradar, heç bir şeyi heç bir qanuna və ya qaydaya asılı etməyə bilərdi. Allah, buna müqtədir olduğunu bizim üçün həyati olan təfərrüatlarla göstərir. Allahın bu üstün incəlik sənəti yer üzünün hər nöqtəsində hakim olan bir həqiqətdir.

 

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)