Dadbilmə hüceyrələrindəki üstün incəlik

10 gün əvvəl dadıb bəyəndiyimiz bir yeməyin dadını xatırlaya bilərik. Bu yeməyi təkrar yesək, daha əvvəl aldığımız eyni dadı alar və eyni zövqü duyarıq. Çünki yeməyin dadı bizə tanışdır. Ancaq maraqlı olan, dilimizdə olan dad hüceyrələrinin 10 gün əvvəlkilərlə eyni olmamasıdır.


Dad hüceyrələri, bədən istiliyindən olduqca çox və ya az qidalarla, turşulu qidalarla hər gün təmasda olarlar. İsti bir çay, buzlu bir meyvə şirəsi, tünd bir qəhvə və ya turş bir qreyfurt suyu onları müəyyən ölçüdə köhnəldər. Köhnələn və zamanla vəzifələrini tamamlayan dad hüceyrələrinin yerini almaq üçün dad tumurcuğunda yeni hüceyrələr yetkinləşər və köhnələrinin yerini alarlar.


İnsanın fərqində belə olmadığı bu əməliyyatlar o qədər sürətli reallaşar ki, bəzən axşam yeməyində istifadə etdiyimiz dad hüceyrələri nahardakılardan fərqlidir. Amma yenə də süfrədə yediyimiz yeməklərin dadlarını ilk dəfəki kimi qəbul etmərik. Heç bir zaman bir almanın ləzzətinə təəccüblənmərik. Çünki yeni yaranan hər hüceyrə, keçmişdəki hüceyrələrin sahib olduğu məlumatla təchiz edilər.


Bədənimizdəki bütün digər hüceyrələr də davamlı yenilənər, amma heç bir zaman burnumuzun görünüşü və ya saçımızın rəngində bir dəyişmə olmaz. Yeni hüceyrələr yerləşmələri lazım olan yeri səhvən bədənin hər hansı başqa bir yerində görünüş pozuntusuna səbəb olmazlar.


Ömrünü tamamlayan dad hüceyrələri əgər yenilənməsə, dad ala bilmək üçün edilə biləcək çox bir şey olmazdı. Yediyimiz şeyin ləzzətli bir yemək və ya bir taxta parçası olması bir şeyi dəyişdirməzdi. "Şirin"in nəyə bənzədiyini unudar, zəhərli və ya xarab bir yeməyin fərqində belə olmazdıq. Çünki bu üstün funksiyaya və bu gözəl nemətə vəsilə olan, xüsusi olaraq yaradılmış dad hüceyrələridir. Onları mükəmməl bir yaddaş və üstün bir yenilənmə sistemi ilə yaradan isə, bütün varlıqların Yaradıcısı və hakimi olan Uca Allahdır. Bu və bunun kimi minlərlə nemət, qullarına qarşı yaxşılığı bol olan Allahın bir ikramıdır. Allah, qarşılıqsız bağışlayan və rəhməti bol olandır.

 

Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.

(Səba surəsi, 1)