Bizə nemət olaraq verilmiş heyranlıq oyandıran bir incəlik: Dəri

Bizə düzgün bir görünüş verən, bədənimizin içində baş verən fövqəladə hərəkətliliyi gizləyən və xarici dünya ilə əlaqəmizi təmin edən ən əhəmiyyətli duyğulardan birini, "hiss etməyi" təmin edən qüsursuz bir örtükdür dəri. İçində qəbuledici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, istilik və nəm nizamlayıcıları kimi saysız faktor vəzifə yerinə yetirər. Dəri; həm möhkəm, həm də elastikdir. Başqa sözlə, bir yerdə olması demək olar ki, mümkün olmayan iki xüsusiyyətə eyni  zamanda sahibdir.


Dəri, bədəndə 2 m2-lik bir sahəni örtər və ağırlığı 3 kq-dır. Dəri hüceyrələri orta hesabla, bir həftə yaşayarlar. Sonra ölər və yenilənərlər. İnsanın həyatı boyunca 20 kq dəri hüceyrəsi istehsal edilər. Dərinin hər sm2-də təmasları qəbul etməyi təmin edən və olduqları yerə görə müxtəlif vəzifələr boynuna götürən duyğu hüceyrələri var. Məsələn, qaynar suya əliniz dəydiyində, qəbuledicilər dövrəyə girər və ilk olaraq istini sonra da ağrını hiss etməyinizi təmin edərlər. Dərinin üzərindəki qəbuledicilərin 30.000-ü istiliyi hiss edərkən, 3.500.000-ü də ağrını hiss edər.


Dəri, bir insanı bütünlüklə əhatə edən mükəmməl bir örtükdür.


Xarici faktorlardan mənfi təsirlənməyən, müdhiş bir elastikliyə sahib olan, hər mm2-sindən bədəndəki sinirlərə, oradan da beyinə məlumat çatdıra bilən, davamlı olaraq yenilənən, sinir və damar şəbəkəsindən yaranan bir insanın surətini mükəmməl edən bu xüsusi əsər, açıq şəkildə bir möcüzədir. Allah bu möcüzəni hər insanda yaradar. Allah, bu möcüzənin ən kiçik parçasına belə hiss verər. Allah bu möcüzəni o qədər qüsursuz yaratmışdır ki, günümüzdəki texnologiya ilə bu cür bənzərinin yaradılması qeyri-mümkündür.


Allah yaratdığı bu qüsursuz örtük ilə bizləri qoruyar, bizlərə toxunma nemətini verər və bizlərə gözəl surətlər bağışlayar. Bu mükəmməl nemət və qüsursuz incəlik, Allahın üstün elmi ilə insanda xüsusi olaraq yaradılmış və ikram edilmişdir.


Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)