Möhtəşəm bir yaradılış möcüzəsi: DNT

Orta hesabla 100 trilyon hüceyrəyə sahibik. Sahib olduğumuz hər hüceyrədə bir DNT molekulu vardır. Bunlardan "yalnız birinin" içində 3 milyard fərqli mövzuda məlumat olur. Bu məlumatlar cəmi 1 milyon səhifəlik bir ardıcıl kitab meydana gətirə bilərlər. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana uzada bilsək, uzunluğu Şimal qütbündən Ekvatora qədər uzana bilər. Bu 1000 cildlik əsər 24 saat heç dayanmadan oxunularsa, əsərin tamamlanması 100 il davam edər. Bu möhtəşəm məlumat, tək bir dırnağımızda, saçımızın tək bir telində və ya qolumuzun üzərindəki hər hansı bir tükdə olan "tək bir DNT"-ə aiddir.


1000 cildlik bir kitabxana, necə gözlə görə bilmədiyimiz tək bir tükcüyün içində saxlanmış ola bilər? Necə o tükcüyü meydana gətirən bütün hüceyrələrdə ayrı-ayrı qablaşdırıla bilər, necə bizləri meydana gətirən "bütün digər hüceyrələrin" içinə sığdırılmış ola bilər? Təkcə yaddaşımızda saxlamağımız mümkün olmayan 1000 kitaba sığacaq məlumat, necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir? Bunu insan istəsə, öz-özünə bacara bilərmi? Bunu bacara biləcək hər hansı bir texnologiya vardırmı? Bu böyük məlumatın təsadüf əsəri olan hüceyrələrin içinə yerləşmiş olması mümkündürmü?


Nə təsadüfi hadisələrin, nə insanın, nə də texnologiyanın, bu heyranlıq oyandırıcı əsəri meydana gətirəcək gücü olmadığı açıqdır. Bu, elmi olaraq da sübut olunmuş bir həqiqətdir. Bədənimizdə daşıdığımız bu heyranlıq oyandırıcı əsər, hər şeyi dilədiyi kimi etməyə gücü çatan Allaha aiddir.

 

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

(İnsan surəsi 2-3)