Həyatın varlığının səbəbi olan təfərrüatlardan biri: Dünyanın böyüklüyü

İnsan, ayağa qalxıb yeriməyə başladığında, üzərində nə yuxarı, nə də yerə doğru bir təzyiq hiss etməz. Oturmaq, getmək, qaçmaq son dərəcə normal hərəkətlərdir. Halbuki, ayağa qalxıb getdiyində, hətta kürsüsündə rahat oturarkən belə olduqca güclü cazibə qüvvəsinə qarşı müqavimət göstərər. Bu qüvvə elə bir nisbətə malikdir ki, insan, gündəlik həyatında göstərdiyi bu müqavimətin fərqində belə deyil.


Bunun ən əhəmiyyətli səbəbi Dünyann böyüklüyüdür. Yer kürəsi əgər bir az daha kiçik olsaydı cazibə qüvvəsi çox zəifləyəcək və atmosfer Yerin çevrəsində saxlanıla bilinməyəcəkdi, dağılacaqdı. Biz də eynilə atmosfer kimi yer üzündə heç cür sabit dayana bilməyəcəkdik. Əgər Yer kürəsi daha böyük olsaydı, bu dəfə də cazibə qüvvəsi çox artacaq və bəzi zəhərli qazları da saxlayan atmosfer öldürücü hala gələcəkdi. Bizlər, bu zəhərli qazlardan qorunmağı bacarsaq belə, oturduğumuz yerdə ağırlaşacaq və hərəkət edə bilməyəcəkdik.
Ancaq belə bir problem heç bir zaman olmamışdır. Çünki Yer kürəsinin böyüklüyü, üzərində bizim yaşaya bilməyimizə imkan verəcək şəkildə olduqca xüsusi təyin olunmuş bir nisbətə malikdir.


İnsanın yaşaya bilməsi üçün bir araya gələn səbəblər, elə böyük bir həssaslığa malikdir ki, bunlardan birinin belə təsadüfən meydana gəlmiş olması mümkün deyil. Elm adamları Dünyadakı həyata əlverişli olan şərtlərin meydana gəlmə ehtimalını hesablamışlar və bunun 10 üstü 123 (10123)-də bir ehtimal olduğunu təyin etmişlər.1  

Bu rəqəm, 10-un yanına 123 sıfırın gəlməsiylə olar və Yer həyata əlverişli bir mühitin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü açıqca elan edər.


Əlbəttə, Allah diləsə, yaratdığı bütün ulduz və planetləri həyata əlverişli edə bilərdi. Allah diləsə, yaratdığı insanların nə su içməyə, nə yemək yeməyə, nə müəyyən nisbətdəki xüsusi qazları tənəffüs etməyə, nə cazibə qüvvəsinə, nə də Günəşə ehtiyacı qalmazdı. Hər birini ayrı-ayrı yaradan Allah, diləsə heç birini bir-birindən asılı etməyə bilərdi. Ancaq yalnız həyat üçün belə saysız səbəb bir araya gəlmiş və bunlar bizləri heyrətə salan incəliklərə sahib olmuşlar. Bütün bunlar, hər şeyi Allahın yaratdığı və hər an idarəsi altında tutduğu həqiqətini bir daha xatırladır, bizlərə Uca Allahın qüdrətini bir daha təqdir edib Ona yönəlmə imkanı verir.

 

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

 

1. Roger Penrose, The Emperor's New Mind, 1989; Michael Denton, Nature's Destiny, The New York: The Free Press, 1998, səh. 9