Elektriki hiss edə bilən canlılardakı göz oxşayan təfərrüatlar

Canlıların istilik xaricində elektrik yayma xüsusiyyətləri də vardır. Bir canlıya yaxınlaşdığınızda yaydığı elektriki fərq edə bilməniz çətindir, çünki hava dielektrikdir. Bəhs olunan elektrikin hiss edilə bilməsi üçün keçirici bir mühit və bunu fərq edə biləcək xüsusi bir təchizat lazımdır. Təbii keçirici olan su və suda yaşayıb bədəndəki elektrik cərəyanından faydalanan bəzi canlılar buna bir nümunədir.


Suyun içində elektriki hiss edə bilən və bu hissə görə hərəkət edə bilən bir canlı çox təsirli bir duyğuya sahib olmuş olar. Köpək balıqları, bu əhəmiyyətli üstünlüyə sahibdirlər. Sudakı bütün titrəşmələri, suyun istiliyindəki dəyişmələri, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilərlər.
Köpək balıqlarının bədənlərində, içi jele dolu çoxlu sayda çuxur mövcuddur. "Lorenzo ampulaları" olaraq adlandırılan bu xüsusi orqanlar, mükəmməl bir elektrik qəbuledicisidirlər. Köpək balıqları və skatlar bu qəbuledicilərini istifadə edərək ovlarını taparlar. Belə ki, köpək balıqları, bir voltun 20 milyardda biri böyüklüyündəki axınları belə hiss edə bilərlər. Bu böyük bir gücdür. Evlərdə olan batareyaları düşünün. Yalnız 1.5 voltluq olan bu batareyalardan ikisini dənizin içində bir-birindən 3000 kilometr uzağa qoyduğumuzda köpək balıqları bu batareyaların yaydığı axını hiss edəcəklər.1

Bir canlının, yaşadığı mühitə uyğun və özü üçün həyati olan son dərəcə xüsusi bir sistemlə təchiz edilməsi, ancaq onu var edən, ehtiyaclarını və olduğu mühiti bilən və bütün bunları bir canlıda yaratmağa qadir olan Uca Qüdrətin diləməsi ilə mümkündür. Bu üstün Gücün sahibi, Alim və Əziz olan Allahdır.

 

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

1. John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, səh. 17