Bütün həyati fəaliyyətlərə vəsilə olan bir incəlik: Fermentlər

Tək bir cümləni oxumaq yalnız bir neçə saniyə davam edər. Halbuki, insan bədənindəki fermentlərdən yalnız biri vəzifəsini yerinə yetirməsə, bu cümləni oxumaq 1500 il davam edəcəkdir. Fermentlər, hüceyrələri hərəkətləndirib reaksiyaları başlatmaq və sürətləndirməklə vəzifəlidirlər. Bir ferment bir reaksiyanı 1010 dəfə yəni, 10 milyard dəfə sürətləndirə bilər. Əgər fermentlər öz vəzifələrini yerinə yetirməsələr, siz bu cümləni oxuyana qədər sizi yaşadan bir çox reaksiya da dövrəyə girməyi gözləyəcək və bir-birindən xəbərsiz və hərəkətsiz hüceyrələr tək-tək ölməyə başlayacaq və bu cümləni bitirməyə ömrünüz çatmayacaq.


Hüceyrə içində reaksiyaların hamısı fermentlər tərəfindən reallaşır. Əgər bir insanın bədənindəki fermentlər bir anda vəzifələrini  yerinə yetirməzlərsə, onları təkrar paralel və sürətli bir şəkildə hərəkətə gətirmək çox çətindir. Günümüzdə inkişaf etmiş tibb elminə və üstün texnologiyaya baxmayaraq, 100 trilyon hüceyrəyə çata biləcək ferment sisteminin bənzərini meydana gətirmək mümkün olmamışdır. Təkamülçülər belə üstün bir mexanizmin təsadüflərlə meydana gəldiyini iddia edərlər. Halbuki, insan bütün bilik və imkanlarına baxmayaraq, sahib olduğu mövcud sistemin surətini çıxarıb onun bir bənzərini yaratma mövzusunda çarəsizdir. Fermentlər qədər sürətli reaksiyaları reallaşdıran tək bir model belə meydana gətirə bilməmişdir. Bu həqiqət göstərir ki, bədənin içində bütün kimyəvi reaksiyaları başladacaq və sürətləndirəcək, istehsal, nəzarət, surət çıxarma kimi saysız həyati əməliyyatı səhvsiz yerinə yetirəcək bu möcüzəvi zülalların şüursuz hadisələr nəticəsində, öz-özlərinə meydana gəlmiş olmaları qeyri-mümkündür.


Bu vəziyyətdə bütün kainatın və onun içindəki bütün incəliklərin sahibinin, insanı və insan bədənindəki fermentləri də yaradanın Allah olduğu həqiqətinin üzərində düşünülməsi lazımdır.

 

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.

(Loğman surəsi, 20)