Bir cüt gözdəki üstün təfərrüatlar

Bu sətirlərə baxdığınız anda gözünüzdən beyninizə saatda 500 km sürətlə bir elektrik cərəyanı irəliləməyə başlayar. Bu axın, 600 min sinir arasından hər hansı biri ilə beyinə çatdırılar. Axın çatdırıldığında, siz də qarşınızdakı sətirləri oxumağa başlayarsınız.


Göz, 600 min sinirlə beyinə bağlanır. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayar və saatda 500 km-lik sürətlə beyinə göndərər. Tək bir nöqtəyə baxdığınızda, əslində bir-birindən fərqli yüzlərlə təfərrüat görərsiniz. Göz, bunların hamısından gələn mesajları ayırd edər, hamısını qiymətləndirər və hər birini beyinə çatdırar. Əlinizdəki kitab sizə olduqca yaxınkən, eyni anda arxa planda gördüyünüz mənzərə olduqca uzaqdır. Amma hər birini eyni dəqiqlikdə görərsiniz. Baxdığınız yerdəki tək bir təfərrüat belə diqqətdən qaçmaz, tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərə nə qədər çox təfərrüat ehtiva edərsə etsin, o mənzərə içində hərəkət edən kiçik bir qarışqanın belə görünüşü beyninizə mütləq çatar.


Heç bir kamera, heç bir televiziya bu dəqiqliyi təmin edə bilməmişdir. Heç bir texnologiya ilə göz vəsiləsiylə təmin edilən mükəmməlliyi və görüş sürətini əldə etmək mümkün deyil. İnsan, özünə doğuşdan verilmiş olan bu nemətdən məhrum qalsa, ətrafını təkrar görə bilmək üçün yenə bu qüsursuz sistemə ehtiyac duyacaq. Bu da, ancaq Allahın diləməsiylədir.
İnsan üçün, hələ ana bətnində kiçik bir embrion ikən yaradılmış bu xüsusi nemət, Saməd olan yəni Özünə hər an ehtiyac duyulan və Özündən hər an kömək gözlənilən Allahın bir ikramıdır.


De: "Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!" (Mülk surəsi, 23)