Heyvanlardakı həssas rəqəmlər

Monarx kəpənəkləri, yumurtlamaq üçün hər il, Kanadanın cənubundan Meksikaya qədər 4000 km. yol qət edərlər.

Arılar, altıbucaqlı pətək gözlərini həmişə 120 dərəcəlik bucaq altında inşa edərlər.

Elektrikli ilan balıqları, bədənlərinin 2/3 hissəsini əhatə edən və sayları 5000-6000-ə çatan təbii elektrik lövhələrinə sahibdirlər.

Bütün pətək gözlərində, balın çölə axmasına mane olan 13 dərəcəlik bir meyillik var.

450 qram təmiz bal almaq üçün, təxminən 17 000 bal arısı, 10 milyon çiçəyi ziyarət etməlidir.

Termit yuvalarının uzunluğu 4-5 metrə çatır.

İşıldaquşlar tam məhsuldarlıqla "soyuq işıq" meydana gətirərlər.

Milçəklər saniyədə 500 dəfə qanad çırparlar.

Quşların V formasındakı uçuşu, onlara 70% enerji verər.

Qazlar, 9000 metr hündürlüyə qədər yüksələ bilərlər. -55 ⁰C-də uça bilərlər.

Hörümçək ipliyi, eyni qalınlıqdakı polad teldən 5 qat daha möhkəmdir və öz uzunluğunun 4 misli qədər uzana bilər.

Bir hörümçək ipliyi, Yerin çevrəsi qədər uzadılsa, çəkisi sadəcə 320 qram olar.

Ctenizidae  hörümçəkləri, 10 il yuvalarından çıxmadan yaşayarlar.

Bir birə, öz bədən hündürlüyünün 100 mislindən daha hündür bir yerə tullana bilər.

Baramaqurdları bir dəfədə 450-500 yumurta yumurtlayarlar.

Qartalın gözü, 300 dərəcəlik geniş bucaqla ətrafını görər. İstədiyi görüntünü 6-7 dəfə böyüdə bilər. 1500 metr hündürlükdən, yer səthindəki ən kiçik hərəkəti və rəng fərqini hiss edər.

Dəvə, 50 ⁰C temperaturda 8 gün ərzində ac və susuz yaşaya bilər.

Gekkon kərtənkələsinin ayaqları, hər birində olan 2 milyard tükcükdən ötrü möcüzəvi bir yapışma sisteminə malikdir.

Milçəklərin başlarının hər bir tərəfində, 4000 cüt, ümumilikdə isə 8000 cüt pətək gözü var.

Arıların gözlərində ayrı-ayrılıqda görə bilən 6 900 cüt gözcük var. Başlarının hər iki tərəfindəki bu gözcüklərdən əlavə, başlarının üstündə də 3 ədəd sadə gözləri var.

Arılar, qida mənbəyinin yerini koloniyanın digər üzvlərinə "rəqs etmə" üsuluyla xəbər verərlər. Yuvadan 15 metr uzaqlıqdakı qida mənbələrinin yerini bildirmək üçün dairəvi formada, 25-100 metr uzaqlıqdakı qida mənbələri üçün yellənərək, 100 metrdən uzaq qida mənbələri üçün isə, quyruqlarını hərəkət etdirməklə rəqs edərlər.

Kraliça arı, cütləşmə dövründə arılardan aldığı 6 milyon spermanı kisəsində saxlayar. 4-5 illik ömrü boyunca, nazik bir kanal vasitəsilə yumurtaqoyma borusu ilə birləşmiş olan bu kisədəki spermalardan istifadə edər.

Hər yeni doğulan 40 insan müqabilində, 700 milyon qarışqa dünyaya gəlir. Qarışqalar, ən çox saya malik canlılardır.

Afrikada yaşayan formica yesensis adlı qarışqa növü, 2,7 km-lik bir sahədə, bir-biriylə əlaqələndirilmiş 45 000 yuvada yaşayar. Bu koloniyada təxminən 1 080 000 ana qarışqa və 306 000 000 işçi qarışqa olur.

Durna quşunun tək bir tükündə 650 tükcük var. Bunların hər birində də, bir-biriylə simmetrik yerləşmiş 600 tükcük var, tükcüklərin hər biri də, 390 ədəd qarmaqla bir-birinə bağlanır.

Şahinlər, saatda 300 km. sürətlə ovlarının üstünə düz bucaq altında hücum edərlər. Sürətlərini azaltmaq üçün də qanadlarından istifadə edərlər.

Dəvəquşları, saatda 60 km. sürətlə qaçarlar. 1 addımda 3 metr yol qət edərlər.

Dünyada yaşayan ən böyük quş, dəvəquşudur. Yetkin bir erkək dəvəquşunun ağırlığı orta hesabla 155 kq-a çatır.

Bir kəl qartalın 7000-dən çox tükü var. Bütün skeletinin ağırlığı da orta hesabla 272 qramdır.

Bir qutan kisəsinin həcmi təqribən 12 litrdir.

Bir toyuq ildə 260 yumurta yumurtlayar.

Kolibrinin ürəyi gün ərzində saniyədə 500-1200 dəfə döyünər. Gecələri isə, sanki nəbzi durmuş kimi yavaşlayar.

Nautilusun bədənində 19 sm. diametrində, ilbiz qabığı formasında spiralvari bir orqan vardır ki, məhz bu orqanda da bir-biriylə əlaqəli 28 dalğıc hüceyrəsi var. Bir sualtı gəmi yalnız 400 metr dərinliyə enə bildiyi halda, nautilus üçün 4000 metr dərinliyə dalmaq olduqca asandır.

Bir qunduz, yuvasını inşa edərkən, orta hesabla 200 ağac kəsər.

Sadəcə 3 qr. ağırlıq əldə etmək üçün, təxminən 18 kolibri quşu bir yerdə çəkilməlidir.

Dənizin ən sürətli canlıları olan yelkən balıqları, saatda 105 km sürətlə hərəkət edə bilirlər.

Bir göy balinanın ürəyi dəqiqədə yalnız 9 dəfə vurur.

Bir iquana quruda yaşadığı halda, su altında 28 dəqiqə qala bilər.

Bir ilbiz 3 il ərzində yata bilər. Ən sürətlə hərəkət edən ilbiz 0,0313 dəniz mili/san sürətə malikdir.

Dünyada 900 000-dən çox böcək növünün olduğu məlumdur.

Yer kürəsində 2 600 fərqli qurbağa cinsi var.

Bir köpəkbalığı, 100 000 000 damla dəniz suyu içindəki, bir damla qanı hiss edə bilər.

Bir göy balinanın çıxardığı 188 desibel tezlikli fit səsi, bir heyvan tərəfindən çıxarılan ən uca səsdir.

Göy balinalar, orta hesabla 30 metrlik uzunluqlarıyla və 150 ​​tonluq çəkiləriylə, məlum olan bütün nəsli kəsilmiş canlılar da daxil olmaqla, heyvanlar aləminin ən iri canlılarıdır.

Bir zürafənin ürəyi bütün bədənə dəqiqədə 75 litr qan vura bilir.

Pişiklər 100, itlər isə 10 müxtəlif səs çıxara bilərlər.

Dişi piton bir dəfədə təxminən 100 yumurta yumurtlayar və daha sonra yumurtalarının ətrafını bədəniylə bürüyər. Bu hərəkətin məqsədi, havanın temperaturu çox yüksək olduğu vaxt yumurtaların üzərinə kölgə salaraq onları sərinlətmək, xeyli az olduğu vaxtda isə bədənini titrədərək onları isitməkdir.

Uça bilən ən ağır quş, 21 kq. ağırlığındakı böyük dovdaq quşudur.

Gecələr dəstələr halında qida axtarışına çıxan guacharoların, sırf balalarına qida tapmaq üçün qət etdikləri məsafə olduqca inanılmazdır. Çünkü bu quşlar, gecələr təxminən 25 km. yol qət edirlər.