Bədənin nəzarət altında olmasına vəsilə olan   
      əhəmiyyətli bir incəlik: Hipofiz vəzi

İnsan beynində təxminən 0.5 qram ağırlığında, göy noxud böyüklüyündə bir ət parçası var. Bu kiçik ət parçasına, Allahın diləməsiylə, bədəni idarə etmə və nəzarət etmə vəzifəsi verilmişdir. "Hipofiz vəzi" adı verilən bu orqan, yer üzünün ən kompleks, səhvsiz və ən həyati idarəçisi olaraq yaradılmışdır. Saysız hormona vəzifələr paylayar, heç bir axsama olmadan hər birinə nəzarət edər və mütləq hər biri üçün təyin olunmuş bir işi vardır.


Eyni anda başımızı və qollarımızı hərəkət etdirər, eşidər, görər, gülümsəyər, danışar və toxunarıq. Bizimlə danışılanları anlayar, zehnimizdə müxtəlif şərhlər edərik. Bizə gələn bütün hisslər və etdiyimiz bütün hərəkətlər, hormonların vəsiləsiylə reallaşır. Bərabər zamanda reallaşan yüzlərlə iş, əskiksiz və möhlətsiz olaraq hipofiz vəzinin idarəsi ilə yerinə yetirilər. Bir insan bədənində hormonların bəzilərinin gec hərəkət etməsi, bəzilərinin də aldıqları mesajı çatdırmağı bacara bilmədikləri bir vəziyyət mümkün deyil.

Qarşımızdakı adamın bizimlə danışdığını görərkən, ondan gələn səsi dəqiqələr sonra eşitdiyimiz və ya əlimiz qaynar su ilə yanarkən, yanma hissinin bizə heç bir zaman çatmadığı, bu səbəbdən biz bunu fərq edənə qədər əlimizdə ciddi bir yanıq meydana gəldiyi bir vəziyyət, xüsusi xəstəlik vəziyyətləri istisna olmaqla, ehtimalla heç zaman mümkün olmamışdır. Çünki özü də zülal, su və yağdan ibarət olan 0.5 qram ağırlığındakı bir ət parçası olan hipofiz vəzi, bütün xəbərləşmələri qüsursuz reallaşdırmaq üçün vəzifələndirilmişdir. Onun yaradılması da, etdiyi işlərin idarəsi də aləmlərin Rəbbi olan Allaha aiddir.
Yer üzündəki hər varlığın hər etdiyi iş, ancaq Allahın diləməsiylədir. Heç bir varlığın özünə aid, Allahdan müstəqil bir gücü yoxdur. Allah dilədiyi təqdirdə, yaratdığı hər varlıqda Öz qüdrətini, gücünü və ucalığını dilədiyi şəkildə təcəlli etdirər. Həm bədənimizdə, həm də ətrafımızda gördüyümüz, görə bilməyib də məlumatına sahib olduğumuz hər şey, Allahın Uca varlığının bir təcəllisidir.

 

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. De: "Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm". (Ənam surəsi, 102-104)