Tək bir hüceyrədəki qüsursuz sistem

Bədənimizdə 30 minə qədər fərqli zülal olduğu təxmin edilir. Və hələ bunların yalnız 2%-i bədəndəki vəzifələri tam mənasıyla həll edilə bilmişdir. Geri qalan 98%-də çox xüsusi vəzifələr reallaşdırarlar, amma bunlar insan üçün hələ bir sirdir. Tək bir hüceyrənin sahib olduğu fərqli növlərdəki zülal sayı bir milyarddan çoxdur.


Sahib olduğumuz "tək bir" hüceyrənin içindəki bir milyard zülalı bir saniyədə birini saymaq qeydiylə, gecə-gündüz dayanmadan və səhv etmədən saymaq təxminən 32 ilimizi alacaq. Yatmaq, yemək yemək kimi zəruri ehtiyaclarınızı hesaba əlavə etsək, tək bir hüceyrənin içindəki zülalları saymağa ömrümüz ehtimalla çatmayacaq. Tək bir hüceyrəmizi meydana gətirən zülalları bir ömür boyunca saymağı bacara bilmərik.


Bədənimizdəki bu kompleks yaradılış ancaq Allah dilədiyi üçün belədir. Allahın hər şeyi yaratmağa qadir olduğunu, ancaq insanın, öz bədənindəki tək bir hüceyrəyə də hakim ola bilməyəcəyini hər insanın bu nümunələrlə bilib görməsi lazımdır. Yaradılmış olan hər varlıq, onların sahib olduğu hər qüsursuz incəlik, insanın özü də içində olmaq üzrə çox böyük bir möcüzədir.
Allahın nemətlərini görüb qiymətləndirmək, onların verdiyi mesajı anlaya bilmək vicdanı istifadə etməyi tələb edir. Ancaq səmimi bir insan ətrafında yaradılmış saysız təfərrüata baxaraq, Allahın yaratmasındakı üstünlüyünü görüb təqdir edə bilər.

 

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız? (Muminun surəsi, 80)