Bir-birinə mesaj çatdıran hüceyrələrdəki mükəmməl incəlik

Beyindəki qüsursuz sistem, bir insanın Allahın üstünlüyünü anlaması üçün tək başına kifayətdir. Beyin, daha əvvəl də ifadə etdiyimiz kimi 100 milyarddan çox sinir hüceyrəsi ilə təchiz edilmişdir.1 Qəbul etmək, görmək, hiss etmək üçün bu 100 milyard sinir hüceyrəsinin bir-biriləri ilə ünsiyyətinin təmin edilməsi lazımdır. 100 milyard hüceyrə, cəmi 100 trilyon əlaqə yoluyla ünsiyyət qururlar.


Bu heyrət verici ünsiyyətin təmin edilmə yolları da son dərəcə təsiredicidir. Sinir hüceyrələri arasında xüsusi bir maye vardır və bu mayedə çox xüsusiləşmiş bəzi kimyəvi fermentlər iştirak edər. Bu fermentlər "elektron daşıma" xüsusiyyətinə sahibdirlər. Elektrik siqnalı bir sinirin ucuna çatdığında, elektronlar bu fermentlərə yüklənər. Fermentlər də sinirlər arası mayedə üzərək daşıdıqları elektronları digər sinirə köçürərlər. Elektrik cərəyanı beləcə bir sonrakı sinir hüceyrəsinə keçərək axmağa davam edər. Bu əməliyyat saniyənin çox kiçik vahidlərində reallaşar və elektrik cərəyanı ən kiçik bir kəsilməyə uğramaz.


Əgər bu fermentlərdən biri vəzifəsini yerinə yetirməzsə, çatdırılması lazım olan mesaj beyninizə getməyəcək. Yəni əlinizə doğru baxmanıza baxmayaraq, əlinizin görünüşü beyninizə çatmayacaq. Və əgər günün birində bu fermentlər hər hansı bir səbəblə funksiyasız qalsalar, beyindəki 100 milyard sinir hüceyrəsi də funksiyasız qalacaq. Əgər bu fermentlər günün birində mesajı aparmaları lazım olan yerlərə aparmaq yerinə, təsadüfi paylamağa qərar versələr, beyindəki bu qarışıqlıq, bütün qəbul sistemini alt-üst edəcək, xarici dünya ilə olan əlaqə iflic olacaq.


Hər şeyi təsadüflərin əsəri olaraq qiymətləndirən təkamülçü məntiqinə görə, beyində davamlı olaraq belə bir qarışıqlığın reallaşması qaçınılmazdır. Çünki bu xüsusi sistemi idarə edənlər, şüurlu varlıqlar deyil. Sistemin sahib olduğu nizam, şüurlu şəkildə meydana gəlmir. Əgər təkamülçülərin iddia etdikləri kimi hər şey təsadüfi reallaşırsa, sinir hüceyrələrində reallaşa biləcək hər hansı bir təsadüfi ünsiyyət əsnasında ard-arda saysız kompleks hadisələr meydana gəlməsi lazımdır. Ancaq fövqəladə vəziyyətlər xaricində, yer üzündəki milyardlarla insanın beynində belə bir qarışıqlıq yoxdur. Hər birinin sahib olduğu hər bir sinir hüceyrəsində, bütün sistem səhvsiz işləyər. Məhz bu, bəhs edilən təkamülçü məntiqini tamamilə ortadan qaldırır. Saniyənin kiçik vahidlərində, dərhal hər an, fermentlər vəzifələrinin başındadırlar və səhv etmədən hərəkət edərlər. Zülalların meydana gətirdiyi şüursuz varlıqların bu bənzərsiz vəzifəni yerinə yetirmələri əlbəttə ancaq Allahın ilhamıyladır.
Beynimizdəki hər sinir, hər ferment, hər zülal, hər elektron, qısacası hər şey Allahın əsəridir. Burada nümunəsi verilən şey, yaradılmış saysız incəlikdən yalnız biridir. Allah, bütün varlıqları hər an idarəsi altında tutan və hər an rəhməti ilə əhatə edəndir.

 

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 10-11)


1.      http://www.tesolgreece.com/nl/73/7305.html