İnsanlardakı həssas rəqəmlər

İnsan bədənində 100 trilyon hüceyrə var.

Hər hüceyrə nəhəng bir fabrik kimidir. Hər birində 200 000 növ maddə istehsal olunur.

250 000 000 spermadan yalnız 1000-ə qədəri yumurta hüceyrəsinə çatır. Ancaq, duz dənəsinin yarısı böyüklüyündəki yumurta, spermaların yalnız birini qəbul edir.

İnsan bədənində təxminən 200 000 növ zülal var.

Təbiətdə 200 növdən artıq amin turşusu var. Bunların yalnız 20 növü canlıların təməl elementi olan zülalları meydana gətirir.

İnsanın tək bir hüceyrəsindəki DNT molekulunda, tam 1 000 000 səhifəlik ensiklopediyanı dolduracaq məlumat var.

Ümumi uzunluğu 1 metrə çatan DNT molekulu, ümumi qalınlığı millimetrin milyardda bir hissəsi (1 nanometr) olan xromosomlara yerləşdirilmişdir.

Bir DNT molekulunda, 3,5 milyard nukleotid, yəni hərf var. Hərflərin düzülmə ardıcıllığı da, insanın bədən quruluşunu ən incə nöqtələrinə qədər təyin edir.

Beynimizdə, yaddaşa həkk olunan hər an, 100 000 000 neyronun, saatda 400 km. sürətlə reallaşdırdığı 1000-500 000 əlaqə sayəsində mümkün olur.

Beynimizdəki 100 000 000 hüceyrə həyatımız boyu yenilənmədiyi halda, burnumuzda qoxu impulsunu qəbul edən milyonlarla reseptor hüceyrəsi, orta hesabla 45 gündən bir yenilənir.

Burnumuzda 1000 müxtəlif qoxu reseptoru var. Bunlarla 10 000-dən çox qoxunu hiss edə bilərik.

Ürəyimizin vurduğu qan, 100 trilyon hüceyrəni gündə 1000 dəfə dolanar.

Bədənimizdə olan orta hesabla 5 milyard kapilyar damarın uzunluğu, 950 km-ə çatır.

Ağciyərlərimizdə təxminən 300 milyon kiçik kamera var. Bundakı məqsəd, ağciyərin hava ilə təmas edən hissəsini maksimuma səviyyəyə çatdırmaqdır.

Bir ferment daxil olduğu reaksiyanın sürətini 10 milyard dəfə sürətləndirə bilər. Əgər bu baş verməsəydi, 5 saniyəlik bir müddət, məsələn, bir cümlənin oxunması 1500 il davam edərdi.

Dildəki dad reseptoru hüceyrələri 10 gündən bir yenilənir.

Təkcə bir böyrəyin içində, hər biri minlərlə mikrodəliyə sahib 1 200 000 sayda süzgəc var.

Körpənin kəllə sümüyü, 5 sümük təbəqəsindən və aralarındakı əmgək adlanan yumşaq toxumadan meydana gəlir. Bu yumşaq toxuma kəllənin elastik olmasını təmin edir ki, bu da doğum anında yaranan təzyiqdən ötrü, körpənin beyninin və kəlləsinin zədələnməsinin qarşısını alır.

Saatda 500 km. sürətlə beyinə məlumat çatdıran, 600 min sinirlə beyinə bağlanmış göz, eyni anda 1,5 milyon məlumat qəbul edib bunları qaydaya salıb beyinə göndərir.

Hər insanın bədən uzunluğu, başının uzunluğunun 8 mislidir.

Üzün uzunluğu, burunun uzunluğunun 3 mislidir.

İki göz arasındakı məsafə, təqribən bir göz boydadır.

Qandakı hüceyrələrin sayının, bədəndəki qan miqdarının yarısını təşkil etməsinə baxmayaraq, onlar yan-yana düzüldükləri təqdirdə 96500 km-lik bir xətt meydana gətirə biləcək qədər çoxdurlar. Bu, ekvatoru 2 dəfə fırlanmaya kifayət edəcək bir uzunluqdur.

İnsanlar saatda 600 000 dəri hissəciyi dəyişdirərlər. İldə təxminən 675 qr. dəri itirərlər. Bir insan 70 yaşına çatdıqda, orta hesabla 47 qr. dəri itirər.

Yetkin bir insanın bədən çəkisinin təqribən 60%-i sudan ibarətdir. Bu göstərici yeni doğulmuş bir körpədə 80%-ə yaxındır.

70 kq. ağırlığındakı sağlam bir insanın bədənində, 5-6 litr qan var və bu miqdar orta hesabla bədən ağırlığının 8%-ni təşkil edir.

Bədəndə gündə 260-400 milyard qədər qan hüceyrəsi istehsal edilir.

Burunda "burun epitel hüceyrələri" adlandırılan həssas bir pərdə üzərində bir-birindən fərqli qoxuları hiss edərik. Burada 50 milyona qədər sinir hüceyrəsi var.

İnsan hüceyrəsində 3500-dən çox ferment var. Bunlardan bir və ya bir neçəsi olmadıqda, hüceyrə daxili fəaliyyətlərdə tamamilə qarışıqlıq yarana bilər. Bu isə hüceyrənin parçalanıb yox olması, yəni canlıların məhv olmasına səbəb olar.