İnsana aid möhtəşəm bir incəlik: İybilmə möcüzəsi

 

Bir qərənfil sizin üçün hər zaman eyni qoxunu verər. Bir ətiri ikinci dəfə iylədiyinizdə isə bunun dərhal tanış bir qoxu olduğunu xatırlayarsınız. Çünki bir şeyi həyatınız boyunca bir dəfə belə iyləsəniz, o qoxu, yaddaşınızdakı yerini almışdır.


İnsan burnunda 1000-ə yaxın fərqli qoxu reseptoru vardır. İnsan, 1000 fərqli reseptorun kombinasiyalarıyla 10.000-dən çox fərqli qoxunu qavraya bilər. Qərənfili iylədiyinizdə o qoxunu qəbul etmənizi təmin edən molekullar qoxu reseptorları ilə birləşər və qərənfilə aid kodu meydana gətirər. Yaddaşınızda çoxdan mövcud olan bu kod, iylədiyiniz şeyin qərənfil olduğunu sizə təkrar xatırladar.


Bu sistem olmasaydı nə olardı?


Dadbilmə funksiyası iybilmə duyğusuyla əlaqəli olduğundan, xarab olmuş bir yeməyi fərq edib dərhal ağzınızdan çölə atmanızın səbəbi çox vaxt qoxusudur. Əgər iybilmə sisteminiz funksiyasını itirsəydi, yediyiniz şeyin dadını da tam olaraq bilməyəcək və ehtimalla bu təhlükəni fərq edə bilməyəcəkdiniz. Evinizdə başlayan yanğını, tüstünü görmədən fərq edə bilməyəcək, ətrafı əhatə edən yanıq qoxusunu əsla anlaya bilməyəcəkdiniz.
Qoxu yaddaşınızda yerləşən yalnız məlumat molekullarıdır. Heç kimin yaddaşınıza minlərlə qoxunu yerləşdirə bilmə gücü və imkanı yoxdur. Heç kimin molekullara qoxu vermə və onları beyninizdəki əlaqədar hissələrə uyğun hala gətirmə ehtimalı yoxdur. Bütün bunları meydana gətirən, qoxunu, iybilmə sistemini və mükəmməl xüsusiyyətləriylə yaddaşı yaradan, bütün varlıqların sahibi olan Allahdır.

 

O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)