Kainatdakı həssas rəqəmlər


İngilis riyaziyyatçısı Roger Penrose-un hesablamalarına görə, həyatın mövcudluğuna imkan verəcək kainatın "təsadüfən" yaranma ehtimalı 1010123 də 1-dir. Bu rəqəm 1-in yanına 10123 sayda sıfırın əlavə olunmasıyla əldə olunur. Bu ehtimalı təsvir etmək üçün "qeyri-mümkün" sözü belə kifayət etmir.

Kainatda 300 milyarda yaxın qalaktika və bizim qalaktikamız olan kəhkəşanda isə 300 milyarda yaxın ulduz var. Bütün bu göy cisimləri, həm öz ətraflarında, həm də aid olduqları sistemlərlə birlikdə fırlanarlar. Hətta bəzən qalaktikalar, bir-birlərinin içindən keçərlər.

Qalaktikamızdakı ulduzların bir-birləri arasındakı orta məsafə, 30 milyon mildir.

Kainat, təxminən 15 milyard il bundan əvvəl, sonsuz sıxlıq və sıfır həcmə malik tək bir nöqtənin şiddətli şəkildə partlamasıyla (Big Bang) meydana gəldi.

Planetimizin yaşı təqribən 4,6 milyard ildir.

Dünya saatda 1670 km. sürətlə öz oxu ətrafında fırlanır. Ən sürətli güllənin saatdakı sürəti isə 1800 km-dir.

Dünya saatda 108 000 km. sürətlə Günəş ətrafında fırlanır.

Günəş sistemimiz saatda 720 000 km. sürətlə qalaktikanın mərkəzi ətrafında fırlanır.

Süd yolunun kosmosdakı sürəti, saatda 950 000 km-dir.

Dünya və günəş sistemi, hər il 500 000 000 km. yer dəyişdirir.

Günəşin səthindəki temperatur 6000 ⁰C, nüvəsində isə 20 000 000 ⁰C-dir.

Günəşin diametri, yerin diametrindən 103 dəfə çoxdur.

Yerdən günəşə olan məsafə 150 000 000 km-dir.

Yerin kütləsi, Merkuri qədər az (Yerin kütləsinin 8%-i qədər) və ya Yupiter qədər çox (Yerin kütləsindən 318 dəfə çox) olsaydı, onda həyat üçün lazımi temperatur yarana bilməzdi.

Yer, Günəş ətrafında fırlanarkən elə bir orbit cızar ki, hər 29 km-dən bir, fırlanma oxundan yalnız 2,8 mm. uzaqlaşar. Bu rəqəm 2,5 mm. olsaydı, orbit çox geniş olar və soyuqdan donar, 3,1 mm. olsaydı, istidən qovrulardıq.

Yer kürəsinin oxu 23 dərəcə 27 dəqiqə meyilliyə malikdir. Əgər bu meyillik olmasaydı, qütblərlə ekvator arasında kəskin temperatur fərqi yaranacaq və yaşamaq üçün əlverişli bir atmosfer havası mövcud olmayacaqdı.

Günəşə ən uzaq planet olan Plutonun temperaturu -238⁰ C-dir.

Neptunun temperaturu -218⁰ C-dir.

Uranın temperaturu -214⁰ C-dir.

Saturnun temperaturu -178⁰ C-dir.

Yupiterin temperaturu -143⁰ C-dir.

Marsın temperaturu -53⁰ C-dir.

Veneranın temperaturu 450⁰ C-dir.

Merkuridə, gecə ilə gündüz arasındakı temperatur fərqi 600⁰ C-dir.

Dünya, kosmosun orta hesabla -270⁰ C-lik dondurucu soyuğundan, atmosfer sayəsində qorunur.

Kainatdakı ən böyük qüvvə, atom nüvəsindəki protonları bir yerdə saxlayan; "güclü nüvə qüvvəsi" olub,  cazibə qüvvəsindən milyard dəfə milyard dəfə milyard dəfə milyard qat daha güclüdür.

Atom nüvəsinin ətrafında 7 orbit var. Heç vaxt dəyişməyən bu 7 orbitdəki elektron sayı da, riyazi bir düsturla müəyyənləşdirilmişdir.

Elektronlar, atom nüvəsinin ətrafında saniyədə 1000 km. kimi ağlasığmaz bir sürətlə fırlanar və heç vaxt bir-birləriylə toqquşmazlar.

Foton, ən sadə təriflə; "işıq zərrəciyi"dir. Kainatdakı ulduzların hər biri, bir foton mənbəyidir. Planetimiz üçün ən əhəmiyyətli foton mənbəyi isə Günəşdir. Fotonlar, Günəşdən saniyədə 300 000 km. sürətlə bütün kosmosa yayılırlar.

İndiyə qədər müəyyənləşdirilmiş 109 element var. Mürəkkəb maddələrin ümumi sayı isə, təxminən 2 000 000-dur. 109 elementin 108-i cəmi 300 000 mürəkkəb maddə meydana gətirir. Həyatın təməli olan karbon isə inanılmaz şəkildə təkbaşına 1 700 000 mürəkkəb maddə meydana gətirir.

Atmosferdəki oksigen miqdarı 21%-dir. Əgər bu göstərici daha çox olsaydı, oksidləşmə reaksiyaları daha sürətlə baş verəcək və yer kürəsi sürətlə yanıb əriyəcəkdi. Əgər bir qədər də az olsaydı, tənəffüs prosesi çətinləşəcək və dünyanı zərərli şüalardan qoruyan ozon təbəqəsi yox olacaqdı.

Atmosferdəki oksigenin 30%-i qurudakı bitkilər, qalan 70%-i isə, dənizlərdə və okeanlarda yaşayan və fotosintez edə bilən bitkilər və təkhüceyrəlilər tərəfindən əmələ gətirilər.

Yer kürəsindəki suyun 97%-i duzludur. Dünyadaki şirin suyun 75%-i isə qütblərdə donmağa başlayır. Ümumi su kütləsinin yerdə qalan 1%-i isə içməli sudur, amma bu sular da əlçatmaz dərinliklərdəki yeraltı sulardır. Canlıların ehtiyacını təmin edən su isə, göllərdə və çaylarda toplanan ümumi su kütləsinin 5%-dir. Bu aşağı göstərici belə, yer üzündəki canlıların yaşaması üçün kifayətdir.

Hesablamalara görə, yerdən saniyədə 16 000 000 ton su buxarlanır. Bu rəqəm bir ildə 505 trilyon tona çatır. Bu həmçinin bir ildə dünyaya düşən yağış miqdarıdır.

Kumulonimbus növünə məxsus qara buludun ağırlığı, 300 000 tona çatır.