Üstün xüsusiyyətlərə sahib bir canlı: Kəsər balığı

Böyük bir yaradılış möcüzəsi olan Kəsər balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okeanın dərinliklərində yaşayan balıqların əksəriyyətində olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir. Və bu gözlər yuxarı baxacaq şəkildə yerləşdirilmişdir. Bunun səbəbi, bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır.


Amma bu canlılar, bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Sahib olduqları bədənin üstün dizaynı, canlıya təhlükələrdən qorunma xüsusiyyəti verir. Kəsər balığının bədəni yastıdır. Bədəninin rəngi isə gümüş rəngidir, bu səbəblə, qaranlıqda rahatlıqla kamuflyaj ola bilər.


Yaxşı, bu canlı aşağıdan gələ biləcək təhlükələrə qarşı necə qorunur? Əlbəttə, ondan daha dərində yaşayan balıqlar da iri gözləri sayəsində onun üçün bir ovçudurlar. Ancaq kəsər balığı, qarnında olan və "fotofor" adı verilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş bir yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr işıq yayarlar. Bu, bioloji bir işıqdır. Fərqli iki kimyəvi maddə bir araya gəlir və bir kimyəvi reaksiya başladaraq bu işığı meydana gətirərlər. Bu fövqəladə hüceyrələr, yuxarıdan süzülən işığın dəyişən rəngini olduğu kimi təqlid edər və tamamilə eyni rəngdə işıq meydana gətirərlər. Bu mükəmməl mexanizm sayəsində kəsər balığının kölgəsinin aşağıdakı ovçular tərəfindən fərq edilməsi mümkün olmaz.


Kəsər balığının varlığından bəlkə də heç bir zaman xəbəriniz olmadı. Onun nəyə bənzədiyini, necə yaşadığını bəlkə də heç bir zaman bilmədiniz. İndiyə qədər adını belə eşitməmiş olduğunuz və bəlkə də heç yaxından görməyəcəyiniz bir heyvanın bu müdhiş xüsusiyyətlərə sahib olduğunu bilməyinizin sizə necə bir faydası ola bilər? Allah diləsə, bu canlını saydığımız funksiyalarla yaratmaz və ya saysız xüsusiyyəti yaşamasına səbəb etməzdi. O halda qarşımızdakı bu müdhiş incəliklərdən necə bir fayda əldə edərik?


İnsana təqdim edilən incəliklər, insanların bütün həyatını və dünya görüşünü dəyişdirə bilər, onları dünyəvi ehtiraslar dalınca düşən narahat və hüzursuz insanlar ikən, xoşbəxt, gözütox və axirəti gözləyən inanclı insanlar halına gətirə bilər. Bunun üçün qarşılaşılan hər şeyin Allahın yaratdığı nemətlər olduğunu görmək və Allahın mütləq varlığını düşünmək kifayətdir. Qarşımıza çıxan hər gözəllik və hər incəlik, bütün bunları bizə fasiləsiz təqdim edən Allaha aiddir. Bir ayədə belə buyurulur:

 

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)