Kosmosdakı fövqəladə incəliklər

Kainatda bir ulduz nə qədər böyükdürsə, o qədər sürətlə yanar. Bizi isidən, bizə qida və həyat təmin edən Günəş, əgər hal-hazırda olduğundan on qat daha böyük olsaydı, meydana gəlməsindən on milyard il sonra deyil, on milyon il sonra sönəcəkdi və bizlər hal-hazırda burada ola bilməyəcəkdik. Əgər Günəşə çox yaxın bir orbitdə olsaydıq, yer kürəsi üzərindəki hər şey buxarlanıb yox olardı. Çox uzaq bir orbitdə olsaydıq, bu vəziyyətdə də hər yeri buzlar örtəcəkdi.


Günəş, Yer kürəsinə həyat təmin edə bilmək üçün ən uyğun böyüklükdə və yerə ən uyğun uzaqlıqdadır.


Yer kürəsi əgər Günəşdən yalnız 1% nisbətində uzaq, ya da ona 5% nisbətində yaxın olsaydı, üzərində yaşanılamaz bir planet olardı. Bəhsi keçən faizlər, kainatdakı böyük ədədlər diqqətə alındığında əslində olduqca kiçik məsafə vahidləridir. Bunu anlaya bilmək üçün Veneranı nümunə verə bilərik. Yerdən əvvəlki planet olan Veneraya Günəşin istiliyi bizdən yalnız iki dəqiqə əvvəl çatar. Böyüklük və quruluş baxımından Venera Yer kürəsinə olduqca bənzərdir, lakin orbit üzrə məsafədəki kiçik bir fərq, bu iki planet arasındakı "həyat" fərqinin meydana gəlməsinin səbəbidir. Bu iki dəqiqəlik fərqin nəticəsində Veneranın səth istiliyi 47000C-ə çatar. Bu istilik, qurğuşunu belə əridə biləcək qədər yüksəkdir. Səthindəki atmosfer təzyiqi isə Dünyadakının 90 qatıdır. Belə bir təzyiq altında, insan həyatı mümkün deyil.1


Əlbəttə ki, Allah, kosmosda mövcud olan bütün planetlər üzərində həyat yarada bilərdi. Ancaq Allah, həyatı yalnız Yer kürəsi üzərində var etmişdir. Bunun üçün çoxsaylı amilləri incə tarazlıqlardan asılı etmişdir. Bunlardan yalnız birinin tarazlığının pozulması, Yer üzərindəki həyatı sona çatdırmağa kifayətdir. Yer kürəsi üzərindəki həyat, onun sahib olduğu qüsursuz tarazlıq və bunların asılı olduğu səbəblər, bütün bunları yaradan Allahın nəzarəti altındadır. Yaradılan hər şey kimi üzərində yaşadığımız Yer kürəsi də, Uca Allahın qüsursuz sənətinə malikdir.

 

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)

 

1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh. 216-217