Allahın xırda incəliklə yaratdığı bir möcüzə: Molekullar

Ətrafımızda gördüyümüz hər şey, öz bədənimiz də daxil olmaq üzrə, yalnız 109 atomun kombinasiyasından meydana gəlir. 109 ayrı atom bir araya gəlir və dağları, suları, bitkiləri, əşyaları, binaları, şirini-acını, zəhərlini-faydalını, gözəl qoxunu, gözəl rəngi və bir-birindən müxtəlif canlıları meydana gətirərlər. Bu, həqiqətən böyük bir möcüzədir.


Atomlar bir araya gəldiklərində, birləşərək xüsusi dizaynlar meydana gətirərlər. Yaranan xüsusi dizaynlar, yəni molekullar, bir-birindən fərqli maddi xüsusiyyətlərin ortaya çıxmasını təmin edər. Əlinizdə tutduğunuz qələm də, əliniz də, içdiyiniz su da bənzər atomların müxtəlif şəkillərdə birləşmələrinin bir nəticəsidir. Bəzən molekula tək bir atom əlavə olunar və içilən su bir zəhərə çevrilə bilər. Molekula əlavə olunan və ya molekuldan ayrılan tək bir atom, yeyilməz şeyi yeyilən hala, kəskin və çirkin bir qoxunu möhtəşəm gül qoxusuna çevirə bilər. Eyni atomların fərqli şəkillərdə bir-birlərinə bağlanmaları, molekulun rəngini dəyişdirə bilər, axıcı bir maddəni qatı edə bilər.


Yer üzündəki müxtəliflik fövqəladədir. Allah, molekullara müxtəlif xüsusiyyətlər verməklə üstün bir sənət sərgiləyər. Bir almanın şirin olması, daşın sərt, pambığın yumşaq olması, gözlə görülməyən atomlarda Allahın sərgilədiyi böyük bir möcüzədir. Allah, yer üzünü yoxdan yaratmış, bütün varlıqlara 99.99999%-i boşluq olan atomları səbəb etmiş və bu gözlə görünməyən aləm içində də heyranlıq oyandırıcı bir sənət sərgiləmişdir.


İnsan, Allaha hər anında möhtackən, Onun diləməsi xaricində heç bir şeyə güc çatdıra bilməzkən, özünə təqdim edilmiş nemətləri çox yaxşı anlamalı və bunların sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu çox yaxşı düşünməlidir. O zaman, dünyada sahib olduğu nemətlər səbəbiylə imanın sevincini yaşayacaq, axirətdə isə bütün gözəlliklərin ən çoxuna qovuşacaqdır. Allah bir ayəsində belə buyurur:

 

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır. (Qaf surəsi 31-35)