Allahın bir ağcaqanadda yaratdığı mükəmməl incəlik: Pətək gözlər

Ağcaqanad saniyədə 500 dəfə çırpdığı qanadları və möhtəşəm uçma qabiliyyəti ilə bir yaradılış möcüzəsidir. Onu əhəmiyyətli edən bir başqa xüsusiyyəti isə, möhtəşəm komplekslikdə minlərlə mərcəyi olan gözləridir. Bir ağcaqanad, başının sağ və sol tərəflərində 4000 ayrı bölmə olan, cəmi 8000 bölməli pətək gözlərə malikdir. Bu 8000 bölmənin hər birində, görünüşü fərqli bucaqlardan görən bir mərcək vardır. Ağcaqanad bir çiçəyə baxdığında çiçəyin bütün görüntüsü, ağcaqanadın sahib olduğu 8000 mərcəkdə ayrı-ayrı görüntülənir. Ağcaqanadın beyninə çatan bu fərqli görünüşlər, bir  pazl (puzzle) oyunundakı parçaların birləşməsi kimi birləşərlər. Bu minlərlə fərqli parçanın birləşməsi nəticəsində isə ağcaqanad üçün mənalı bir çiçək görünüşü meydana gələr.1


Ağcaqanad son dərəcə kiçik bir canlıdır. Gözlərində minlərlə mərcək olması, gördüklərini mənalı hala gətirəcək bir beyin sisteminə sahib olması fövqəladə bir vəziyyətdir. Bizlər ancaq bu canlını araşdırdığımızda bu məlumata sahib olarıq. Halbuki, yer üzündəki bütün ağcaqanadlar, yaradıldıqları ilk andan etibarən bu mükəmməl quruluşa sahibdirlər. Çünki onlar da, yer üzündəki bütün canlılar kimi, Allahın yaratdığı bir möcüzədirlər; araşdırdıqca insanı heyrətə salan bənzərsiz yaradılış möcüzələridir.


Yalnız bir neçə millimetrlik bir sahə içinə 8000 mərcək yerləşdirə biləcək və bunların hər birinə görmə qabiliyyəti verə biləcək məlumat və texnologiya indiki zamanda mövcud deyil. Bunların işığı qəbul etməsini təmin edəcək və bu qəbulu mükəmməl bir şəkildə görünüşlər halına gətirəcək bir sinir sistemini meydana gətirmək isə qeyri-mümkündür. Üstün məlumat və təcrübəyə baxmayaraq insanın bənzərini meydana gətirə bilmədiyi bu qüsursuz quruluşun təsadüflərlə ortaya çıxdığı iddiasının inandırıcı bir tərəfi ola bilərmi?


Əlbəttə, belə bir şey mümkün ola bilməz. Təsadüflər, bu canlının sahib olduğu 8000 mərcəkdən yalnız birini, hətta bu mərcəkləri meydana gətirən saysız hüceyrənin tək bir zülalını belə meydana gətirə bilməzlər. Hər varlığı mükəmməl incəliklərlə yaradan, kiçik bir ağcaqanadda fövqəladə bir təchizat var edən və insanlara bunları anlayıb düşünmələri üçün ağıl və vicdan verən, varlıqların hamısını hər an görən və hər an izləyən Uca Allahdır.

 

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

 

  1. How Come? Planet Earth, Kathy Wollard, Workman Publishing, New York, 1999, sf. 116