Saniyədə 500 dəfə çırpılan qanadlar

Ağcaqanad, qanadlarını "saniyədə" təxminən, "500 dəfə" çırpar. İnsanın qollarıyla olduqca məhdud sayda reallaşdıra bildiyi bir əməliyyatı, o yalnız tək bir saniyədə 500 dəfə reallaşdırır.


Saniyədə 500 dəfə davamlı olaraq hərəkət edən belə güclü bir mexanizm, süni olaraq inkişaf etdirilə bilmir. Müxtəlif vəsaitlər ilə inkişaf etdirilən buna bənzər bir mexanizm, sürtünmənin şiddətindən qısa bir müddət sonra yanacaqdır. Amma bir ağcaqanad, həyatı boyunca uçduğu hər saniyə, qanadlarını bu sıxlıqla çırpır və heç bir problem yaşamır. Üstəlik, bu üstün xüsusiyyətli qanadlar ona, yüksək bir sürətdə, dilədiyi istiqamətə, dilədiyi uzunluqda uçma imkanı verərkən, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edər.


Qanadlarını bu sürətdə çırpa bilmək üçün ağcaqanadın çox miqdarda oksigenə ehtiyacı vardır. Bu səbəblə, ağcaqanad, dərhal hər hüceyrəsinə çatan xüsusi bir tənəffüs borusuna malikdir. Bu boru, birbaşa çöldəki havaya bağlı olduğundan, hüceyrələr oksigen tənəffüsünü vasitəçi bir maddə olmadan edərlər. Bu xüsusi sistemin nəticəsi olaraq da dəqiqədə minlərlə dəfə qanad çırpan ağcaqanad heç yorulmaz.


Böyüklüyü 1 sm belə olmayan bir canlıda, saniyədə yüzlərlə dəfə çırpacaq bir qanad və bunu mümkün edəcək bir tənəffüs sistemi var etmək Allahın heyranlıq oyandıran bir sənətidir. Heç bir təsadüf, belə kompleks bir canlıda, bu mükəmməllikdə bir mexanizm meydana gətirib onu hər bir fərddə mükəmməl işlək halına gətirə bilməz. Heç bir təsadüf, eyni zamanda hərəkət edən bir cüt qanada saniyədə 500 dəfə çırpma imkanı verə bilməz. Bu qüsursuz canlının da, onun sahib olduğu heyranlıq oyandırıcı qanadlarının da Darvinin irəli sürdüyü kimi təsadüfi mərhələlərlə meydana gəlməsi qeyri-mümkündür. Bu əsər, Sani (sənətkar) olan Allaha aiddir.

 

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar. (Yunis surəsi, 66)