Qabiliyyətli qaraciyər hüceyrələri

Qaraciyər hüceyrələrinin hər biri təxminən 500-ə qədər müxtəlif kimyəvi əməliyyat reallaşdırmaq qabiliyyətinə malikdir. Bədənin qan dövranı, həzm, ifrazat kimi sistemlərində reallaşan bütün fəaliyyətlərdən xəbərdardırlar. Üzərinə götürdükləri bu vəzifələr səbəbiylə hüceyrələrin hər birində sıx bir hərəkətlilik vardır və bu hərəkətlilik dayanmadan davam edər.


Əgər hər hansı bir səbəblə, qaraciyərin bir qismi ziyan görər və ya götürülərsə, fəaliyyət birdən çeşidlənər. Artıq hüceyrələrin yeni fəaliyyətləri "çoxalma"dır. Hüceyrələr 500 ayrı vəzifəni yerinə yetirərkən, eyni zamanda çox yüksək bir sürətlə çoxalmağa da başlayarlar. Bunun məqsədi, ziyan görən qaraciyəri tamamlamaqdır. Qaraciyər, hüceyrələrin bu fövqəladə qabiliyyətləri səbəbiylə, bədəndə özünü yeniləyə bilən tək orqandır. Qaraciyər normal ölçüyə gəlib tamamlandığında, hüceyrələr eyni anda fəaliyyətlərini dayandırarlar.


Qaraciyər hüceyrələrinin, barmağınızın ucundakı bir millimetrlik qisimdəki hüceyrələrdən bir fərqi yoxdur. Qaraciyərinizdə olan hüceyrələr də, barmağınızdakılar da eyni məlumatı daşıyarlar. Onları fərqli edən, sahib olduqları məlumatın yalnız fərqli bir qismini istifadə etmələridir. Buradakı gözlə görülməyən tək bir hüceyrə, çoxalma əməliyyatının başlaması lazım olduğunu bilir və özünün surətini çıxara bilir. Sonra, qəflətən qaraciyəri tamamlama vəzifəsinin bitdiyini xəbər alır və fəaliyyətini digərləriylə birlikdə dayandırır. Heç bir hüceyrə, özbaşına olaraq istehsal prosesinə davam etməz. Heç bir hüceyrə çoxalma əsnasında digər vəzifələrini bir az gecikdirməsi lazım olduğuna qərar verib sistemin axsamasına səbəb olmaz. Surəti çıxarılan heç bir yeni hüceyrə, hansı vəzifələri yerinə yetirəcəyi mövzusunda öyrədilməz. Ancaq buna baxmayaraq, hər yeni hüceyrə tərəddüdsüz dərhal qaraciyərdəki fəaliyyətinə başlayır.


Bu əhatəli sistemin idarəsi insana aid deyil. Təkamülçülərin isə, bu kompleks sistemin təsadüflərlə meydana gəldiyi iddialarını müdafiə edə bilmələri üçün əvvəlcə qaraciyəri meydana gətirən tək bir hüceyrənin necə ortaya çıxdığını açıqlamaları lazımdır. Ancaq təkamülçülər üçün, həyatın təməlini əhatə edən belə əhəmiyyətli bir problemin açıqlaması yoxdur. Çünki şübhəsiz, bütün canlıları, onların sahib olduğu hər bir hüceyrəni yaradan, bunları hər an idarəsi və nəzarəti altında saxlayan, sonsuz elm sahibi olan Allahdır. Qaraciyərdə sərgilənmiş olan sistem də, varlığı heç dəyişməyən, hər şeyi bilən və hər şeyə gücü çatan Uca Allahın əsəridir.

 

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)