Möhtəşəm bir incəlik: qarışqadakı sinir sistemi

Kiçik bir qarışqa təxminən 500.000 sinir hüceyrəsinə sahib böyük bir iman həqiqətidir.  Demək olar ki, bütün məqsədi qida yığaraq həyatını davam etdirmək olan belə bir canlıda da Allah, kompleks quruluşu və üstün əlaqə sistemi ilə möcüzəvi bir sinir şəbəkəsi var etmişdir.


Bu fövqəladə sistem sayəsində qarışqalar olduqca dəyişik əlaqələrdən istifadə edə bilərlər. Ovlarını tapmaqdan bir-birlərini izləməyə, yuvalarını qurmaqdan düşmənləriylə döyüşməyə qədər bir çox fəaliyyəti sahib olduqları bu xüsusi sinir şəbəkəsinin vəsiləsiylə reallaşdıra bilirlər. Allahın özlərinə təqdim etmiş olduğu üstün təchizat sayəsində heç bir köməyə ehtiyac duymadan mükəmməl şəkildə həyatlarını davam etdirə bilərlər.


Halbuki, bir qarışqanın, sahib olduğu 500.000 sinir hüceyrəsindən xəbəri belə yoxdur. Bir qarışqanın yaşaması üçün bu əhatəli təchizatı nə bir insan ona təmin edə bilər, nə elm adamları, nə də təsadüfü hadisələr... Darvinin nəzərdə tutduğu təsadüfi mutasiyalar, tək bir qarışqadakı bu möhtəşəm sistemin tək bir hüceyrəsini belə ortaya çıxara bilməzlər. Təsadüflər, bir canlının haradan nə hiss etməsi lazım olduğunu bilə bilməz, buna görə yeni bir bədən sistemi meydana gətirə bilməzlər. Təkamülçülərin qarşıya qoyduqları təkamül mexanizmləri, bu mövcud kompleks sistemə yalnız zərər gətirərlər. Bu xüsusi sistemin səbəbinin, şüursuz təsadüflər olması mümkün deyil.


Qarışqalar, öz bədənlərindəki əhatəli sinir şəbəkəsinə yaradıldıqları andan etibarən sahibdirlər. Çünki hər canlı kimi onlar da, hər incəlikdə və hər hadisədə böyüklüyünü göstərən Rəbbimizin əsəridir və hər an Onun idarəsindədirlər. Bütün varlıqlara can verən, onları dirildən və yaşadan Muhyi olan Allahdır və Uca sənəti, tək bir qarışqada belə ən mükəmməl şəkli ilə sərgilənmişdir.

 

Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır. Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur. (Furqan surəsi, 61-62)