Qoxunu qəbul edən mükəmməl sistem

Dərin bir nəfəs aldığınızda, bu nəfəs ilə birlikdə çox müxtəlif şeylərin qoxularını da eyni anda hiss edərsiniz. İçdiyiniz qəhvənin, içəridə bişən yeməyin, vazada olan çiçəyin və çöldəki dumanlı havanın qoxusunu eyni anda qəbul edər, amma hamısını ayrı-ayrı hiss edərsiniz. Bunun səbəbi, burnunuzun qəbul etdiyi qoxuları 30 saniyə içində analiz edib qiymətləndirməsi və bunun sayəsində təxminən 3000 qoxunu bir-birindən ayırd edəcək qədər mükəmməl bir tutuma sahib olmasıdır.


Dəqiqələr içində milyardlarla qoxu hüceyrəsindən gələn mesajlar, burunda olan on minlərlə hüceyrəyə köçürülər. Buradakı sürət fövqəladədir. Milyonlarla məlumat saniyənin mində biri kimi zaman aralığında "heç bir səhv etmədən" bir hüceyrədən digərinə hərəkət edib dayanar. Bu əməliyyatlar qısa bir müddət içində burnunuza gələn saysız qoxunu ayırd edə bilmənizi təmin edər. Eyni zamanda, buruna gələn məlumatların tanınması və təşkil edilməsi qoxu həssaslığını da artırar. Gələn qoxuların hər birinin ayırd edilməsi və tanınması, burundakı qoxu hissetmə həssaslığını da olduqca artırmışdır. 1


Buradakı səhvsiz informasiyanın fövqəladəliyini belə açıqlaya bilərik: Müəyyən bir məlumatın bir milyon telefon xəttiylə daşındığını və bu xətlərin sayının bir stansiyada qəflətən minə endirildiyini fərz edək. Belə bir keçid vəziyyətində, nə qədər inkişaf etmiş bir texnologiya istifadə edilərsə edilsin, yüksək ehtimalla ilkin məlumatlarda bir itki və ya səhv olacaq. Buna qarşı, qoxu hüceyrələri eyni vəzifəni, yaşadığımız müddət boyunca qüsursuz olaraq etməyə davam edərlər. Eyni anda çoxlu sayda qoxu ilə təmasda olmağımız, bu qoxuları bir-birindən ayırd etməyimizə maneə törətməz; sayı nə qədər artarsa artsın, bütün qoxuları bir-birindən çətinlik çəkmədən ayırd edə bilərik.


Bir insanın, dəqiqələr içində özünə çatan minlərlə qoxunu səhvsiz qəbul edəcək bir sistemə sahib olması bəlkə də onu həyatı boyunca heç təəccübləndirməmişdir. İnsan, gülü iylədiyində tanış gülün qoxusunu, qəhvəni iylədiyində tanış qəhvənin qoxusunu qəbul etdiyini yadırğamaz. Bir meyvənin qoxusunun hansı mərhələlərlə özünə zamanla tanış hala gəldiyini bəlkə də heç düşünməmişdir. Halbuki, həyatının hər anında burunun qoxu hiss etmə hissəsində bunu təmin edən kompleks əməliyyatlar davam edir. Bütün insanların sahib olduğu bu xüsusi sistem ancaq Allahın diləməsiylə mövcuddur, Onun idarəsi ilə qüsursuz şəkildə işləyər. İnsana təqdim edilmiş digər bütün nemətlər kimi bu xüsusi nemət də Allahın bir ikramıdır.

 

Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir (Səcdə surəsi, 6-7)

 

1. Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/
teaching/sensory/olfact1.html