Qar üstündə yaşayan qütb ayılarını soyuqdan qoruyan mükəmməl incəlik

İnsan bədənində fövqəladə sistemlər vardır. Necə işlədikləri, necə davamlı hərəkət etdikləri, problemlər qarşısında necə "tədbirlər" ala bildikləri və necə səhv etmədikləri həqiqi mənada heyranvericidir. Ancaq bu üstünlük yalnız insana verilmiş bir üstünlük deyil. Yer üzündəki bütün canlılar, nəhəng balinalardan qarışqalara, tək hüceyrəli evqlenalardan pələnglərə qədər hər biri, bir-birindən kiçik ya da böyük fərqlərə sahibdirlər, amma bənzər dərəcədə heyranlıq oyandıran təchizatlara sahibdirlər. Yer üzündəki bu fövqəladəliyə şahid olan bir insanın, Allahın əsərlərini inkar edə bilməsi həqiqi mənada bir möcüzə, ayədə ifadə edildiyi kimi böyük bir cahillik xüsusiyyətidir:

 

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. (Ənam surəsi, 111)

Məsələn, qütb ayıları bütün təchizatlarıyla buzlaqlarla örtülü soyuq mühitdə yaşamaq üçün yaradılmışlar. Bir qütb ayısı, ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buz səthini vakuum təsiriylə asanlıqla qavrayar. Beləliklə, buz üzərində uzun məsafələri sürüşmədən rahatca gedə bilər. Barmaqlarının arasındakı ağa bənzər quruluş sayəsində isə, saatda 10 km sürətlə üzə bilər və 100 km kimi bir məsafəni heç dincəlmədən qət edə bilər. Sahib olduğu 5 cm qalınlığındakı xüsusi kürkünün ağ görünən tükləri əslində şəffafdır. Fiberoptik xüsusiyyətdəki bu tüklər istilik itkisinin qarşısını alarkən, günəş şüalarının istisini altdakı qara rəngli tükə qədər çatdırar. Kürkünün dərhal altında isə, yenə soyuqdan qoruyucu xüsusiyyətdə 10 cm qalınlığında bir yağ təbəqəsi vardır. Qütb ayısının kürkü üzməyə də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışaraq qoruyucu bir qalxan meydana gətirər və su keçirməz bir dalğıc paltarı funksiyası yerinə yetirər. Bütün bu xüsusiyyətlər sayəsində qütb ayısı, 37 dərəcəlik bədən istiliyini suyun içində və ya buzun üzərində mütləq qoruyar.


Saydığımız bütün bu xüsusiyyətlər, yer üzündəki bir canlının həyatını davam etdirə bilməsi üçün çox böyük əhəmiyyətə sahibdirlər. Yer üzündəki varlıqların çox təfərrüatlı və qüsursuz strukturları, bunların təsadüfən meydana gələ bilməyəcəkləri, hətta bütün bunlara insanın belə güc çatdıra bilməyəcəyi həqiqətini açıq şəkildə ortaya qoyar. Hər şeyi qüsursuz yaradan Allahdır. Qütb ayısının soyuqdan qorunma sistemində də bu həqiqət açıqdır. Bu canlını buzlaqların içinə yerləşdirən də, onu bu şərtlərə görə qoruyucu təchizatlarda yaradan da Allahdır. Bu həqiqət insana davamlı olaraq, bütün varlıqların vəziyyətlərini və davranışlarını mütləq iradəsiylə təqdir edən, Müqtədir olan Allahın böyüklüyünü xatırladır.

 

Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)