Beyindəki üstün xüsusiyyətli sinir hüceyrələri

Etdiyiniz hər hərəkət, düşündüyünüz, danışdığınız, hiss etdiyiniz hər şey beyninizdə meydana gələr. Beyninizdə bunu təmin edən xəbərləşmə isə beyinə aid sinirlər, yəni neyronlar tərəfindən təmin edilir.


Bir neyronun orta hesabla, genişliyi 10 mikrondur. (Bir mikron millimetrin mində birinə bərabərdir). Neyronlar o qədər kiçikdirlər ki, orta ölçülər olan 50-si bu cümlənin sonundakı nöqtə işarəsinin içinə sığa bilər. Bir insan beynində orta hesabla 100 milyard neyron vardır. Əgər bu 100 milyard neyronu hər saniyə biri olmaq üzrə saymaq istəsəydik, o zaman bütün bu sayma əməliyyatı 3.171 il davam edərdi. Əgər bu 10 mikronluq 100 milyard neyronu tək bir xətt halına gətirə bilsəydik, bu uzunluq tam 1000 kilometr olardı. İnsanın bədən ağırlığının yalnız 2%-ni tutan bir orqanda belə uzun bir ünsiyyət şəbəkəsinin varlığı şübhəsiz xariqüladə bir möcüzədir.1


Yer üzündəki süni xəbərləşmə şəbəkələrinin hamısını bir araya gətirsək, tək bir insan beyni içindəki qədər sistemli, kompleks, qüsursuz və sürətli bir sistemi əldə edə bilmərik. Etdiyimiz ən kiçik bir hərəkət üçün belə, bu xəbərləşmə şəbəkəsi müdhiş bir fəaliyyət göstərir. Gəlib-keçmiş, milyardlarla insanın hər biri, bu qüsursuz ünsiyyət şəbəkəsinə hələ ana bətnindəykən sahib olmuşdur. İnsan beynindəki bu üstün kompleks koordinasiyaya bənzər ola biləcək bir texnologiya yer üzündə yoxdur.


Bu mükəmməl sistemin yalnız kiçik bir parçası ziyan görsə, yalnız tək bir neyron yerinə yetirməsi lazım olan vəzifələri reallaşdıra bilməsə, bu vəziyyət beyində elektrik siqnalının zərər görməsinə və bu səbəbdən, duyğu və hiss itkilərinə yol aça bilər. Bu vəziyyətdə bu fövqəladə həssas sistemdə təsadüfi bir əməliyyatın reallaşması beyin funksiyalarının böyük bir qismini, hətta hamısını funksiyasız hala gətirəcək. Bu həqiqət göstərir ki, hələ sərhədləri aydın olmayan  bu bənzərsiz xəbərləşmə şəbəkəsinin, təkamülçülərin iddia etdikləri kimi təsadüfən meydana gəlməsi qeyri-mümkündür. İnsanın sahib olduğu bu fövqəladə quruluş, yer üzündəki bütün canlı hüceyrələrini və onlara həyat verəcək vəsilələri yaradan, Cəlalət və Ululuq sahibi olan Allaha aiddir.

 

De: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. (Ənkəbut surəsi, 20)

1.      http://faculty.washington.edu/ chudler/what.html