Beyindəki möhtəşəm sinir sistemi Allahın bənzərsiz bir əsəridir

Dünyada eyni anda yüz milyonlarla telefon söhbəti edilə bilər. Dünya səviyyəsindəki bu şəbəkə, olduqca üstün və əhatəli bir şəbəkədir. Bu həqiqətə qarşı bu böyük şəbəkə, tək bir insan beyni ilə müqayisə edildiyində olduqca adi qalar. Tək bir insanın beyninin içində orta hesabla 100.000.000.000 (yüz milyard) neyron (sinir hüceyrəsi) var. Bu mükəmməl şəbəkəni daha yaxşı anlamaq üçün bu nümunəni verə bilərik: Beyindəki bu neyronlar, sahib olduqları uzadılmalardan uc-uca əlavə olunacaq olsa, uzunluqları bir neçə yüz min kilometrə çatır. Elm adamlarının beyni, "kainatdakı ən böyük sirlərdən biri" olaraq tanınmasına səbəb olan ən əhəmiyyətli ünsürlərdən biri, bu fövqəladə şəbəkənin varlığıdır.


İnsan beynində təxminən 100 trilyon sinaps var. Sinapslar, sinir hüceyrələrində kimyəvi keçidin reallaşdığı yerlərdir. Bədəndəki hər hansı bir hüceyrə, sinapslar yoluyla, 1000 ayrı beyin hüceyrəsi ilə əlaqə qura bilir. Bu fövqəladə şəbəkə sayəsində meydana gələn məlumat əməliyyat sürəti, həqiqi mənada heyrətamizdir. Tək bir bitlik məlumat, bir anda tam 100.000 neyrona çata bilir. Bu xüsusiyyəti ilə beyin, bilinən ən sürətli kompüterdən yüz minlərlə qat daha sürətlidir. Belə mükəmməl bir əsərin, eyni sürət və eyni xüsusiyyətlərə sahib bir bənzərinin hazırlanması, IBM-in texnologiya müdiri Dr. Kerry Bernsteinin ifadəsiylə, mümkün deyildir.1


Belə əhatəli bir şəbəkəni, kiçik bir sahəyə sığdırmaq və onun trilyonlarca əlaqə qurmasını və bunu salisələr (saniyənin altmışda biri) içində bacarmasını təmin etmək əlbəttə qeyri-mümkündür. Dünyadakı gəlib-keçmiş bütün insanların sahib olduğu bu möhtəşəm sistemi yoxdan var etmək üçün insanın edə biləcəyi heç bir şey yoxdur. Beyin, insanların bu həqiqəti görə bilməsi üçün çox əhatəli və təfərrüatlı yaradılmış bir möcüzədir. İnsanlara hədiyyə edilmiş bu qiymətli hədiyyənin sahibi, növbənöv nemətləri qarşılıqsız bağışlayan Uca Allahdır. Üstün yaradılış möcüzəsi beyinin varlığı, Uca Rəbbimizin böyüklüyünü və qüdrətini bir daha sərgiləyir.

 

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)

 

1. "Brain Teaches Computers A Lesson", MSNBC.com, 6 Avqust 2002
(Bit: Bir kompüterdəki ən kiçik məlumat hissəsinə bit adı verilir.)