Bizə daim geri dönən su

Allah insana bir çox mövzuda məlumat və imkan vermişdir. Məsələn, günümüzdəki texnologiya sayəsində, bir çox şeyin meydana gəlməsi laboratoriya mühitində izlənilə bilər. Ancaq elə təməl hadisələr vardır ki, bunların meydana gəlməsini insanlar nə laboratoriyalarda izləyə bilər, nə də bunu təmin edə bilərlər. Bu böyük nemət, dünyanın böyük bir hissəsini örtən və ən fundamental ehtiyaclarımızdan biri olan "su"dur. Su, dünyanın meydana gəlməsi əsnasında bir dəfəyə yaranmış, ardından yaranması sona çatmışdır.


Havada sərbəst halda gəzən iki molekul olan hidrogen və oksigen qazının bir araya gələrək suyu meydana gətirə bilmələri üçün atomlarının toqquşmaları lazımdır. Toqquşma əsnasında hidrogen və oksigen molekullarını meydana gətirən əlaqələr zəifləyər və bu molekulları meydana gətirən atomlar yeni bir molekul olan suyu (H2O) meydana gətirmək üzrə birləşərlər. Bu toqquşma ancaq çox yüksək bir istilikdə və yüksək bir enerji səviyyəsində meydana gəlir. Hal-hazırda yer üzündə suyun meydana gəlməsinə imkan verəcək qədər yüksək bir istilik yoxdur. Bu səbəblə, suyun meydana gəlməsi qeyri-mümkündür. Dünyada mövcud olan su, dünyanın meydana gəlməsi ərəfəsindəki yüksək istilik nəticəsində yaranan sudur.


Bu suyun miqdarında heç bir zaman bir dəyişmə olmaz. İçdiyimiz, istifadə etdiyimiz, həyatımızın bir parçası olan su hər zaman eyni sudur. Yer üzündəki su dövranı səbəbiylə buxarlanan sular, yeni təzələnmiş olaraq buludlardan bizə geri dönərlər. Allah bu həqiqəti ayələriylə xəbər vermişdir:

 

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
(Vaqiə surəsi 68-69)

 

Əgər Allah yer üzündə hazır olaraq yaratdığı suyu qurutsa, onu geri gətirməyə güc çatdıra biləcək heç bir varlıq yoxdur. Əgər Allah buludlara çəkdiyi suyu bir daha endirməsə, onu yer üzünə geri endirə biləcək bir güc yoxdur. Nemətlərin hamısı Allahdandır. İnsana davamlı olaraq ikram edib təqdim edən, yoxdan var edən, üstün güc sahibi olan Uca Allahdır.

 

Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik. (Muminun surəsi, 18)