Sahib olduğumuz ən böyük nemətlərdən biri: Su

Yer üzünün 3/4-ünü, insan bədəninin isə təxminən 70%-ni su meydana gətirir. Su, insanın sahib olduğu hər hüceyrəyə girər, içindəki hər damarda gəzə bilər. 100 trilyon hüceyrənin hər birinə qida daşıyar, oksigen və enerji verər. Su, həyat üçün bənzəri olmayan bir nemətdir.


Bədənin həyatda qala bilməsi üçün bədənin hər yerini gəzə bilmə qabiliyyətindəki su, əgər hal-hazırda olduğundan daha axıcı olsaydı, canlıların strukturları suyun korlayıcı təsiri ilə qarşılaşacaq və buna çox uzun bir müddət dözə bilməyəcəkdilər. Həssas molekulyar strukturların su tərəfindən dəstəklənilməsi mümkün olmayacaq, canlı hüceyrəsinin son dərəcə narın olan quruluşu həyatını davam etdirə bilməyəcəkdi. Əgər su indikindən daha az axıcı olsaydı, zülal və fermentlər kimi makromolekulların və kiçik orqonoidlərin nizamlı hərəkətləri sona çatacaq, hüceyrə bölünməsi qeyri-mümkün hala gələcəkdi. Hüceyrənin bütün həyati fəaliyyətləri faktiki olaraq donacaqdı. Hüceyrələr bir-bir öləcək və nəticədə orqanizm üçün də ölüm qaçınılmaz olacaqdı.


Ən kiçik bir molekuldan okeanlardakı balinalara qədər yer üzündəki hər şey suya möhtac olaraq yaradılmışdır. Su isə, bütün yer üzü, canlılar, canlı bədəni və bədənin içindəki ən kiçik molekula qədər hər şeyə fayda gətirə bilmək üçün çox xüsusi bir axıcılıq dəyəri ilə var edilmişdir. İnsan bədənindəki hüceyrələrə çata biləcək eyni xüsusiyyətlərdə bir başqa mayeni çıxarmaq günümüzdəki texnologiya ilə mümkün olmamışdır.


Allah, insanın yaratmağa gücünün çatmayacağı möhtəşəm təfərrüatları, insan üçün böyük bir ehtiyac halına gətirmiş və bolluq içində ona ikram etmişdir. Bunun hikmətlərindən biri, düşünüb qavraya bilən insanlara Allahın qüdrətini xatırlatmaq və verdiyi nemətlərə şükür etmələrini təmin etməkdir. İnsanı yaşadan ünsürlərdən yalnız birinin üzərində düşünmək, bütün varlıqlar üzərinə hakim olan Allahın böyüklüyünü təqdir edə bilmək üçün xüsusi vəsilədir.

 

Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 65)