Yüksək yaddaşıyla suvaq quşu

Bu zamana qədər təsbit edilmiş yaddaşı ən güclü quş, suvaq quşudur. Bu quş, Şimali Amerikada böyük qayalıq dağların ətrafında və Böyük Kanyonda yaşayır. Qida maddəsi isə şam fıstığıdır. Ancaq bu fıstıqlar, yalnız sentyabr ayının bir neçə həftəsində yeyilməli vəziyyətdədirlər. Bu səbəbdən, quşun digər zamanlar üçün fıstıqları saxlaması lazımdır. Bunun üçün yer təyin edər. Şam ağacları ilə quşun fıstıqları saxlamaq üçün təyin etdiyi yer arasında bəzən 20 km-i aşan uzaqlıqlar olur. Suvaq quşu, şamlardan yığdığı fıstıqları, saxlamaq məqsədiylə təyin etdiyi yerlərə basdırmağa başlayar. Fıstığı tək hərəkətlə sərt torpağın içinə soxar və bəzən də işarə üçün üzərinə bir daş buraxar. Hərəkətli keçən 3 həftə boyunca suvaq quşu davamlı olaraq fıstıq toplayar. Uçduğu sırada yerin şəkillərini, baş çəkdiyi ağacları, qaya yamaclarını möcüzəvi şəkildə xatırlayar və bunları başında canlandırdığı xəritəyə əlavə edər. Suvaq quşunun, bu qısa və məhsuldar dövr boyunca Böyük Kanyonun yüzlərlə kilometrlik sahəsinə paylayaraq basdırdığı 100 min fıstığın yerini əzbərləməsi lazımdır.


Suvaq quşu, önündəki aylar boyunca bəslənə bilmək üçün əzbərlədiyi xəritəyə ehtiyac duyacaq. Əgər basdırdığı fıstıqların harada olduğunu xatırlaya bilməzsə, həyatda qala bilməz. İşarələri bir fotoşəkil şəklində xatırlaması da çətindir, çünki qar mənzərəni dəyişdirmişdir. Bu səbəbdən, buraxdığı işarələr də yox olmuşdur. Amma bu vəziyyət, quşu çaşdırmaz. Basdırdığı təxminən 100 min fıstığın 90%-ni tapar.1


Bir quşun, yeməsi lazım olan qidanın ilin müəyyən bir dövründə sona çatacağını, bu səbəblə, həyatda qalması üçün bunları saxlaması lazım olduğunu bilməsi, şübhəsiz, qeyri-mümkündür. Ona, qida maddəsini, qış üçün müəyyən yerlərə basdırması lazım olduğu öyrədilməmişdir. 100 min fıstığı basdırdığı yerləri tək-tək ağlında saxlaması lazım olduğunu bilməsi mümkün deyil. Ancaq bu canlı, bunların hamısını mükəmməl şəkildə edər. Çünki yer üzündəki hər varlıq kimi o da Allahın ilhamıyla hərəkət edər. Bir il boyunca, haqqında heç bir əlamət olmayan minlərlə fıstığı heç çətinlik çəkmədən tapa bilməsi üçün ona bütün bunları etməsini ilham edən, onu yaradıb var edən Allahın qorumasına və köməyinə ehtiyacı vardır.


Yaratdığı varlıqlar üzərində qoruyucu olan və onlara sərhədsiz olaraq, hesabsızca və bilinə bilməyəcək yerlərdən davamlı olaraq ruzi verən Allahın yaratması gözlər önündədir. Kiçik bir quşda sərgilənən bu incəlik, Allahın böyüklüyünü və Ucalığını bir daha da ən gözəl şəkli ilə sərgiləmişdir.

 

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

1. http://en.wikipedia.org/wiki/Clark's_Nutcracker