Bədəndəki xüsusi təmizləmə şöbəsi

İnsan bədənində, hüceyrələr davamlı olaraq bəslənər, çoxalar və ölərlər. Bunun nəzarəti bədəndə mükəmməl şəkildə reallaşar. Çünki hüceyrə, özünü artıra biləcək, bəsləyə biləcək və yox edə biləcək xüsusi təchizatlarla birlikdə yaradılmışdır.


Bədəndə zamanla ölən hüceyrələrin, hər hansı bir yolla ortadan qaldırılıb təmizlənməsi lazımdır. Hüceyrələrin yox edilmələri lazım olduğunda, öz-özlərini ortadan qaldıran bir sıra zülalları vardır. Hüceyrə bədən üçün faydalı və işlək vəziyyətdəykən, bu zülalları əsla dövrəyə salmaz. Ancaq yaşlandığı, xəstələndiyi,  işə yaramaz və ya bədxassəli bir hala çevrildiyində öldürücü zülallar həll edilərlər, təsirli hala gələr və hüceyrəni öldürərlər.


Hüceyrənin Allahın diləməsiylə tam zamanında və yerində tədbir görməsi çox böyük bir nemətdir. Bu vəsiləylə bədəndə sağlam hüceyrələr varlıqlarını davam etdirərkən, xəstə və yaşlı hüceyrələr davamlı olaraq yox edilirlər. Bədən daim sağlam qalır, ölən hüceyrələr böyük bir sürətlə yenilənir.


İnsanın həyatda qala bilməsi üçün olduqca çox sayda ünsürün bir araya gəlməsi lazımdır. Amma insan heç bir zaman bu ünsürlərin və bunların arasındakı mükəmməl nəzarətin fərqində olmaz. Bədəndə, nə vaxt hüceyrə istehsalı lazım olduğu, nə vaxt hüceyrənin yox edilməsi lazım olduğu, insanın iradəsi və məlumatı xaricində qüsursuz bir planlaşdırma və nizam içində işləyər. Bunun səbəbi bütün bu nəzarət və idarənin, bütün bunları yaradan Allaha aid olmasıdır.


İnsana təqdim edilən nemətlərin hər birinin xüsusi bir məqsədi olduğunu unutmamaq olduqca əhəmiyyətlidir. İnsan, hər şeyin bir səbəb ilə və qüsursuz bir sistem daxilində yaradıldığını və özünə bir nemət olaraq verildiyini dərin düşündüyündə, Allahın üstün qüdrətini daha yaxşı qavraya bilər. Ətrafındakı həqiqətləri və gözəllikləri daha yaxşı görə bilər. Özünü əhatə edən həqiqət, sahib olduğu hər şeyi sonsuz güc sahibi Allahın yaratdığı və Öz idarəsində tutmaqda olduğu həqiqətidir. İnsanın üzərində Allahın rəhməti çox böyükdür.

 

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı nə edərdiniz? (Nur surəsi, 20)