Yer üzündəki bitki müxtəlifliyinin səbəbi olan möcüzəvi bir incəlik: Toxum

Hər gün üzərinə basıb keçdiyimiz quru torpağın içindən müxtəlif gözəllikdə bitkilərin çıxması böyük bir möcüzədir. Bir bitkinin Günəşə doğru yönəlməsi, bütün güc və səyi ilə yuxarıya doğru uzanmağa çalışması, həmçinin, budaqlarının qalınlaşıb su və mineralları, cazibə qüvvəsinə baxmayaraq yuxarı daşıyacaq bir sistemə sahib olması heyranlıq oyandıran bir hadisədir. Bitkinin quru budaqlarından təzə yaşıl yarpaqların çıxmasında, yarpaqların arasından göz oxşayan rənglərdə və bənzərsiz qoxularda çiçəklərin meydana çıxmasında, bunun ardından dad, qoxu və fayda baxımından insan üçün xüsusi yaradılmış meyvələrin meydana gəlməsində həyəcan verici bir fövqəladəlik vardır. Öz içində saysız kompleks sistemə sahib bitkidə reallaşan bütün bu möcüzələr üçün isə 1-2 sm diametrindəki bir toxumun səbəb qılınmış olması üstün bir sənətdir.


Bir bitkiyə aid olan hər məlumat, onu meydana gətirən kiçik bir toxumun içində gizlidir. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, görünüşlərinin necə olacağına, xarici qabığının hansı rəngdə və qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, görünüşlərinə, rənglərinə dair –qısacası, bir bitkiylə əlaqədar ola biləcək- bütün məlumatlara sahibdirlər. Bu, Allahın tək bir kiçik toxum içinə yerləşdirdiyi fövqəladə bir məlumatdır.


Təkamülçülər, yer üzündəki bütün canlı varlıqların xəyali təkamüllə meydana gəlməsi haqqında ssenari qurarlar. Allahın üstün sənətini və Uca qüdrətini təqdir edə bilməz və bir canlının Allahın diləməsiylə sahib olduğu və daha bir çox təfərrüatı tapılmamış kompleksliklər ehtiva etdiyini hesab etməzlər. İnsanın, sahib olduğu şüur və imkanlarla belə tək bir meyvəni, tək bir yarpağı, tək bir toxumu meydana gətirə bilməyəcəyini görməməzlikdən gəlməyə çalışarlar. Halbuki, bu açıq bir həqiqətdir. Təkamülçülər yer üzündəki bütün məlumat və texnologiyayla belə, bitkinin tək bir canlı hüceyrəsini meydana gətirə bilmirlər. Bu yaradılışı davamlı reallaşdıran, aləmlər yaradan və bunların içində sənətini sərgiləyən Uca Allahdır. Onun elmi və sənəti hər yeri əhatə etmişdir. Üstün və güclü olan Allahın bənzərsiz əsərləri qarşısında təkamülçülər, daima məğlub olarlar.


Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz. (Vaqiə surəsi, 63-65)