Bədəndəki qüsursuz xəbərdarlıq siqnalları

İnsanın geyimləri davamlı olaraq dərisiylə təmasdadır. Amma onları hər an hiss etməz. Gecə yatarkən üzərinə çəkdiyi yorğanın, qoluna taxdığı saatın ya da oturduğu stulun özüylə təmas halında olduğunu da düşünmür. Bunun əhəmiyyətli bir səbəbi vardır. İnsan dərisindəki alıcılar müəyyən bir müddət sonra beyinə, dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırarlar. İnsan dərisi, özüylə təmas halında olan maddəyə öyrəşər və onunla əlaqədar hiss siqnallarını zamanla çatdırmamağa başlayar.


Bu, möcüzə bir sistem və mükəmməl bir incəlikdir. İnsan, çox vaxt belə bir incəliyin fərqində belə deyildir. Amma rahatlıqla yaşaması, bu mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olar.


Bədəndəki bu "öyrəşmə" mexanizmi olmasaydı, geyinmək kimi sıravi bir hadisə insan üçün böyük bir çətinlik halına gələrdi. İnsanın üzərindəki geyimləri davamlı olaraq hiss etməsi bir əziyyətə çevrilər, ayrıca toxunduğu digər şeylərdən gələn siqnalları almaqda da çətinlik çəkərdi. Diqqəti davamlı, geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın davamlı biləyində hərəkət etdiyini düşünmək kimi mövzularda ola bilərdi. Bu səbəblə, insan rahat yata bilməz, dincələ bilməzdi. Həyatı bu çətinlik verici təfərrüatlardan ötəri olduqca çətinləşərdi.


Hiss etmənin bir nemət olması kimi, hissin zamanla itməsi də insana təqdim edilmiş böyük bir nemətdir. Tək bir incəlik, bir insan həyatını asanlaşdırır, onun rahat yaşamasına vəsilə olur. Təkamülçülərin xəyali mexanizmlərinin, bir insan bədəninin nə vaxt hiss etməsi, nə vaxt hissə öyrəşməsi lazım olduğunu təyin edəcək bir şüuru yoxdur. Bu neməti insana təqdim edən, varlığı bütün varlıqların bütün ehtiyaclarına çatan, Kafi olan Uca Allahdır.

 

Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. (Nəhl surəsi, 53)