Hüceyrənin içindəki ən fundamental incəlik: Zülal

Hüceyrənin quruluş daşlarından olan zülal, amin turşularının sıralı düzülməsi nəticəsində meydana gələr. Bir zülalın meydana gəlməsi üçün bir çox əsas şərt vardır. Bunlardan bəziləri:


Amin turşularının peptid rabitəsi adı verilən olduqca xüsusi bir rabitə ilə bağlanmaları,
Hamısının "sol-əlli" olması,
Və xüsusi bir düzülüş ilə bir araya gəlmələri lazım olduğudur.


100 amin turşusu uzunluğundakı kiçik bir zülal zəncirində belə bütün amin turşularının təsadüf əsəri sol-əlli olması, yenə təsadüf əsəri xüsusi təyin olunmuş bir sıralama ilə bir araya gəlməsi, üstəlik yenə təsadüfi olaraq bir-birinə peptid rabitəsi ilə bağlanmış olması heç bir şəkildə mümkün deyil. Bu ehtimalların heç birinin təsadüfən mümkün ola bilməyəcəyini görən elm adamları bu mövzuda bir hesablama etmişlər və belə bir ehtimalın təxminən 10190-da olduğunu təsbit etmişlər. (Bu ədəd 10 rəqəminin yanına 190 sıfır gəlməsiylə meydana gələr). Belə bir ehtimalın reallaşa bilməsi üçün Dünyanın yaşı qədər uzun bir müddət verilsə belə, bu zülalın təsadüflərin əsəri olaraq meydana gəlməsi qeyri-mümkündür. Necə ki, riyazi olaraq da 1050-də bir ehtimalın "sıfır" olaraq qəbul edildiyini də göz qarşısına gətirdiyimizdə, bu həqiqət çox daha açıq bir şəkildə ortaya çıxar. Çünki 10190 rəqəmi, təxminən 4 dənə 1050 rəqəmindən meydana gəlir. (1050.1050.1050.1040=10190)


Zülallar, hüceyrələrin həm inşaat vəsaitini, həm də çox mürəkkəb maşınlarını meydana gətirərlər. Bütün bədəninizin, daha geniş bir ifadəylə bütün canlılığın təməlidirlər. Tək bir zülalın öz-özünə, təsadüflərin əsəri olaraq meydana gəlmə ehtimalı qeyri-mümkün ikən, bu mükəmməl quruluşun hüceyrənin təməlini meydana gətirməsi, bu qədər çox zülalın bir araya gəlib, davamlı olaraq yenidən istehsal olması, təkamül nəzəriyyəsini təməlindən etibarsız edən olduqca əhəmiyyətli bir həqiqətdir.


Allah, öz-özünə meydana gəlməsi qeyri-mümkün olan bu mükəmməl xammalı insanlara tanıdaraq Öz yaratma sənətinin üstünlüyünü göstərir. İnsan, onu meydana gətirən saysız zülalın varlığını yalnız bir neçə saniyə düşünərək, Allahın hər an bir möcüzə yaratmaqda olduğu həqiqətini bütün açıqlığıyla görə bilər. Ona verilmiş bu böyük nemət qarşılığında isə yalnız şükür edici olması lazımdır.

 

Hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır". (Cin surəsi, 28)